Yəməndə baş verən son hadisələr, 3 Avqust 2022

Çərşənbə 3 Avqust 2022 - 15:03
https://az.iswnews.com/?p=11005

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah və Səudiyyə koalisiyası və Yəməndəki müharibənin digər tərəflərinin razılığı ilə bu ölkədə atəşkəs daha iki ay müddətinə uzadılıb.

1- Sənaa:
– Ənsarullahın sözçüsü və Yəmən hökuməti ilə danışıqlara məsul şəxs Məhəmməd Əbdül-Salamın sözlərinə görə, Oman Sultanlığının nümayəndə heyəti Sənaaya üç günlük səfəri zamanı Ənsarullah lideri Seyid Əbdül Məlik Əl-Husi və Ali Siyasi Şuranın rəhbəri Mehdi Əl-Məşşat ilə blokadanın götürülməsi, humanitar marşrutların açılması və işçilərin maaşlarının ödənilməsi və … bağlı görüşüb söhbət ediblər.
– Avqustun 2-də Birləşmiş Millətlər Təşkilatının Yəməndəki nümayəndəsi Hans Qrundberq və Ənsarullahın sözçüsü və Yəmən hökuməti ilə danışıqlara məsul şəxs Məhəmməd Əbdül-Salam atəşkəs rejiminin iki ay uzadıldığını elan etdilər. Əbdül-Salam bununla bağlı deyib: “Omandakı qardaşlarımızın səyləri ilə atəşkəsin uzadılması imkanı təmin edildi. Birləşmiş Millətlər Təşkilatının işçilərin əmək haqlarının ödənilməsi, hava limanının açılması və blokadaya son qoyulması sahəsində intensiv işinin vacibliyini bir daha bildiririk. Humanitar məsələlər Yəmən xalqının təbii haqqıdır və daha ciddi və davamlı mərhələlərə keçmək üçün dərhal onları bərpa etmək lazımdır”.

2- Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 115 dəfə pozub.
– Yəmən Neft Şirkəti Qırmızı dəniz sularında benzin daşıyan gəminin ələ keçirildiyini açıqlayıb. İki atəşkəs dövründə 36 gəmidən yalnız 29-u Hudəydə limanına çatıb. Gəmilərin ələ keçirilməsinin səbəb olduğu gecikməyə görə cərimə 6 milyon 300 min dollar olaraq qiymətləndirilir.

3- Əz-Zale:
Səudiyyə koalisiyasına məxsus dronların Əl-Həşa rayonunun Batar bölgəsindəki yaşayış evlərinə hücumları nəticəsində bir uşaq şəhid olub, bir nəfər isə yaralanıb.

4- Mərib:
Mərib şəhərinin şərq yolunda İslah partiyası silahlılarını daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində Sirvah rayonunun təhlükəsizlik qüvvələrinin başçısı polkovnik Abdulla Əl-Əqrə Əl-Cəmhi həlak olub, iki nəfər yaralanıb.

5- Əbyən:
Əl-Şəqrə şəhəri ətrafında Xobr Əl-Muraqişə bölgəsində Hizam Əl-Əmni qüvvələrinin komandiri Məhəmməd Əli Mumisin avtomobilinə silahlı hücum nəticəsində o, yaralanıb, atası isə həlak olub.

6- Həzərmut:
Əl-Hibə Əl-Həzrəmiyyə (BƏƏ tərəfindən dəstəklənir) qəbiləsi ilə Vadi Həzərmutun qərbində yaşayan digər qəbilələr arasında baş verən qarşıdurma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

7- Səudiyyə Ərəbistanındakı xəbər mənbələrinə görə, Yəməndəki yeni atəşkəs Sənaa hava limanı ilə Səudiyyə Ərəbistanının Ciddə hava limanı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Hindistanda başqa bir hava limanı arasında yeni hava yollarının açılmasını ehtiva edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir