Fələstində baş verən son hadisələr, 2 Avqust 2022

Çərşənbə axşamı 2 Avqust 2022 - 23:43
https://az.iswnews.com/?p=10973

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin polis rəisi Kobi Şebtai Məğrib polisi ilə sahə və kəşfiyyat əməkdaşlığını araşdırmaq üçün bu ölkəyə rəsmi səfərə gedib.

– Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarının sözçüsü, “Əsfil-Məkul” döyüşünün səkkizinci ildönümündə Əl-Qəssam taborlarının iki İsrail əsgərini əsir götürməsini bəyan etdi. O əlavə edib ki, bu taborların komandirləri keçən il Seyful-Qüds döyüşü zamanı bir məntəqənin bombalanması xəbərini verməyə icazə verdilər ki, orada əsir düşən İsrail əsgərlərindən birini qoruyan kölgə bölüyü mücahidlərindən biri şəhid olub və digər üç mücahid yaralanıb.
– Sionist rejimin təhlükəsizlik kabineti Fələstin Milli İdarəsinin vergi gəlirlərindən 600 milyon şekelin (sionist rejimin pul vahidi) azalmasına qərar verib.
– İraq köçərilərinin 20-yə yaxın tayfası qanuni hüquq və tələblərinə çatana qədər Fələstin xalqına və ədalətli işlərinə yenidən dəstək verdiklərini elan edərək Fələstinlə sədaqət əhdi bağladılar.
– Avqustun 1-də Əlcəzair prezidenti bəyan etdi ki, ölkəsi bu ilin noyabrında ərəb sammitindən əvvəl Fələstin qruplarının toplantısına ev sahibliyi edəcək.
– Sionist rejim keçən il Qəzzəyə hücum zamanı bu rejimin cinayətlərini araşdıran yaranmış BMT komissiyasının ləğvini tələb etdi.
– Avqustun 1-də sionist rejimin polis rəisi Kobi Şebtai Məğrib polisi ilə sahə və kəşfiyyat əməkdaşlığını araşdırmaq üçün bu ölkəyə rəsmi səfərə gedib. Orada o, Məğrib polisinin və bu ölkənin Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli rəsmiləri ilə görüşəcək.
– Avqustun 2-də İsrail hərbçilərinin Cənin düşərgəsinə hücumundan sonra “Zirar Saleh Əl-Kafrini” adlı fələstinli gənc şəhid oldu və İslami Cihad hərəkatının liderlərindən olan Şeyx Bəssam Əs-Səədi də əsir götürüldü. Bu hadisələrdən sonra İslami Cihad hərəkatının hərbi qolu olan Sarayəl-Qüds komandirləri İsrailə mümkün cavab tədbirləri üçün bütün bölmələrin hazırlıq səviyyəsini yüksəltməyi əmr etdilər.

Daha çox oxuyun: Sionistlərin Cənin düşərgəsinə hücumu; İslami Cihad Hərəkatının yüksək rütbəli komandiri həbs edilib + VİDEO və FOTO

– Fələstin müqavimət dəstələri sionist rejimi Cənində İslami Cihad hərəkatının əsir götürülmüş lideri Şeyx Bəssam Əs-Səədi ilə əlaqədar hər hansı təcavüzə qarşı xəbərdar etdilər.
-Sionist rejimin baş naziri Yair Lapid yaxın bir neçə saat ərzində müharibə naziri Benni Qantz, Ordunun Baş Qərargah rəisi Aviv Koxavi, Daxili Təhlükəsizlik müşaviri Eyal Hulta, Şabak və bu rejimin digər yüksək rütbəli təhlükəsizlik səlahiyyətlilərinin iştirakı ilə İordan çayının qərb sahilində dünən gecə və bu gün səhər baş verən qarşıdurmalardan sonra təhlükəsizlik vəziyyətini araşdırmaq üçün təhlükəsizlik iclası keçirəcək.
– İsrail təhlükəsizlik qüvvələri Qəzza sərhədi boyunca sionist yaşayış məntəqələrində hazırlıq vəziyyətinə gətirilib. Həmçinin İsrail əsgərləri sionist yaşayış məntəqələrinə gedən yolları bağlayıblar.
– Avqustun 2-də İsrail hərbçiləri Nablusa basqın edərək “Mustafa Əl-Şənnar” və “Doktor Ömər Əl-Hənbəli” adlı iki fələstinli ictimai fəalı əsir götürüblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir