Suriyada baş verən son hadisələr, 2 Avqust 2022
![](https://az.iswnews.com/wp-content/uploads/2022/08/Syria-en_2022-08-02.jpg)
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin yüksək rütbəli rəsmiləri Suriyanın şimalında bu ölkənin hərbi əməliyyatının qaçılmaz olması ilə bağlı hədələri davam etdirərkən, Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb şəhərətrafı ərazilərdə Rusiya və Türkiyənin 108 birgə hərbi patrulu həyata keçirilib.
1- Hələb:
– Avqustun 1-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Rəəfət şəhərində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərinə hücum edib.
– Avqustun 1-də Hələb vilayətinin Şahba rayonunun “Umm əl-Hoş” və “Əhrəs” kəndləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumlarına məruz qalıb.
– Avqustun 1-də Eyn Əl-Ərəb şəhərinin ətrafında 108-ci Rusiya-Türkiyə birgə hərbi patrulu həyata keçirilib.
2- İdlib:
Avqustun 1-də İdlibin cənubunda yerləşən Bənin kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
Avqustun 1-də Suriya ordusunun qüvvələrindən biri Dəraanın qərbində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
4- Deyr əz-Zor:
Avqustun 1-də Suriya Demokratik Qüvvələri (SDQ) Əl-Şəhil-Həvayic yolunda yeni nəzarət-buraxılış məntəqəsi yaradıb.
5- Raqqa:
Avqustun 2-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə alıblar.
6- Həsəkə:
Avqustun 2-də Həsəkənin cənubundakı Əl-Şəddadi-Mərkədə yolunda Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınına naməlum silahlı ünsürlərin hücumu nəticəsində bir neçə SDQ əsgəri həlak olub və yaralanıb.
7- Homs:
Avqustun 1-də İŞİD terrorçuları Homs şəhərinin şərq ətrafının Əs-Sixnə şəhərinin şimalındakı Ət-Tayyibə kəndinin kəsişməsi yaxınlığında Suriya ordusuna məxsus avtomobilə hücum ediblər. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
8- Dəməşq:
İyulun 30-da naməlum silahlı qüvvələr Suriya ordusunun Deyr-Makir bölgəsində nəzarət-buraxılış məntəqəsinə hücum edib və bu zaman iki Suriya təhlükəsizlik qüvvəsi şəhid olub.
9- Avqustun 1-də Türkiyənin müdafiə naziri deyib ki, Ankaranın məqsədi yalnız öz vətəndaşlarının təhlükəsizliyini qorumaqdır və heç kimin ərazisində gözü yoxdur.
10- Avqustun 1-də Türkiyə Müdafiə Nazirliyi “Sülh çeşməsi”nin əməliyyat bölgəsində beş kürd silahlısının həlak olduğunu açıqlayıb.
11- Avqustun 1-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəsi pozublar, bunlardan 1-i Latakiya vilayəti, 2-si isə Hələb vilayətində baş verib.
12- Avqustun 1-də Asaiş Daxili Təhlükəsizlik (YPG) qüvvələri Suriya Demokratik Qüvvələrinin (SDQ) iki komandirinin öldürülməsində məsul olan Türkiyə kəşfiyyatına (MİT) bağlı səkkiz nəfərdən ibarət qrupu həbs edib.
13- Avqustun 1-də Amerika koalisiyasına aid 40-dan çox yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni olan Əl-Vəlid keçid məntəqəsindən Suriyadakı Amerika bazalarına daxil olub.
Rəy