Sionistlərin Cənin düşərgəsinə hücumu; İslami Cihad Hərəkatının yüksək rütbəli komandiri həbs edilib + VİDEO və FOTO

Çərşənbə axşamı 2 Avqust 2022 - 18:39
https://az.iswnews.com/?p=10959

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail hərbçilərinin Cənin düşərgəsinə hücumu nəticəsində gənc fələstinli şəhid və İslami Cihad Hərəkatının yüksək vəzifəli komandiri sionistlər tərəfindən əsir götürülüb.

Bu gün avqustun 2-də səhər saatlarında İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Cənin düşərgəsində helikopterlərin dəstəyi ilə təhlükəsizlik əməliyyatı keçiriblər. Əməliyyatın başlanmasından sonra sionist hərbçilər Fələstin müqavimət qüvvələri ilə şiddətli silahlı toqquşmada olublar. Atışma zamanı bir neçə İsrail hərbçisinin yaralandığı və helikopterlə tibb mərkəzlərinə aparıldığı bildirilir.

Bu qarşıdurmalar zamanı “Zirar Saleh Əl-Kafrini” adlı fələstinli gənc şəhid olub. Həmçinin sionist əsgərlər İslami Cihad Hərəkatının komandirlərindən olan Şeyx Bəssam Əs-Səədinin evinə basqın edərək onu əsir götürüblər. Əs-Səədinin kürəkəni “Əşrəf Əl-Cədə” də israillilər tərəfindən həbs edilib.

İslami Cihad Hərəkatının yüksək rütbəli komandirinin həbsindən sonra bu hərəkatın hərbi qolunun komandirləri bütün bölmələrin hazırlıq səviyyəsinin artırılması barədə göstəriş veriblər. Həmçinin, Sarayəl-Qüds israilliləri Şeyx Bəssam Əs-Səədinin həyatına hər hansı zərər vurmamaq barədə xəbərdarlıq edib.

Sarayəl-Qüdsün təhdid mesajının verilməsindən bir neçə saat sonra sionist rejim Fələstinin sionist yaşayış məntəqələrinə mümkün müqavimət hücumlarından ehtiyat edərək Şeyx Bəssam Əs-Səədinin sağlam və yüngül yaralı olduğunu göstərən şəklini yayımlayıb.

Gərginlik artdıqca, İsrail ordusu müqavimətin snayper atəşi və zirehli raketlərdən qorxduğu üçün işğal etdiyi ərazilərin cənubunda əsas yolları və girişləri bağlayıb. Həmçinin Əsqəlan-Sderot marşrutu üzrə qatarların hərəkəti dayandırılıb, Əriz keçidi də bağlanıb.

Cənində Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında baş verən qarşıdurmanın videosu
Şeyx Bəssam Əl-Sədinin İsrail əsgərləri tərəfindən əsir götürülməsinin ilk anları
(18+) Zirar Saleh Əl-Kafrinin şəhadət anı
Şəhid Zirar Saleh Əl-Kafrinin şəkli
Şeyx Bəssam Əs-Səədinin kürəkəni
Fələstinin müqavimət hücumlarından qorxaraq İsrail təhlükəsizlik qüvvələri tərəfindən işğal olunmuş ərazilərin cənubunda yolların və əsas girişlərin bağlanması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir