Əl-Qaidənin lideri Əymən Əz-Zəvahiri öldürüldü! Bu sui-qəsdin ehtimal olunan nəticələri nə olacaq? + FOTO

Çərşənbə axşamı, 2 Avqust 2022 - 17:45
https://az.iswnews.com/?p=10951

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden “Əl-Qaidə” terror qruplaşmasının lideri Əymən Əz-Zəvahirinin bu yaxınlarda Amerika dronlarının Əfqanıstanın paytaxtına hücumu nəticəsində öldüyünü açıqlayıb.

ABŞ prezidenti Cozef Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında “Əl-Qaidə”nin lideri Əymən Əz-Zəvahirinin ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən öldürüldüyünü iddia edib. Əymən Əz-Zəvahiriyə qarşı sui-qəsd əməliyyatı iyulun 31-də, şənbə günü Əfqanıstanın paytaxtı Kabil şəhərində üç yerdə həyata keçirilib.

Daha çox oxuyun: Kabil şəhərində partlayış; Amerika dronlarının İŞİD-ə hücumu, yoxsa Pakistanın Təhrik-e-Talibana hücumu?

Bu konfrans zamanı Bayden Əz-Zəvahirinin öldürülməsi əməliyyatının necə həyata keçirildiyi barədə deyib: “Əz-Zəvahiri Amerika vətəndaşlarına qarşı qətl və zorakılıq izi qoyub. İndi haqq-ədalət yerini tapıb və bu terrorçu artıq həyatda deyil. Kəşfiyyat orqanlarımız ötən aylarda Əymən Əz-Zəvahirinin gizləndiyi yeri aşkarlayıblar. O, ailə üzvləri ilə birlikdə olmaq üçün Kabilə köçmüşdü. Onun mövqeyinə dair inandırıcı sübutları diqqətlə araşdırdıqdan sonra onu döyüş meydanından çıxarmaq üçün dəqiq atəş əmri verdim”.

Bununla bağlı Amerika mediaları bu ölkənin rəsmilərinə istinadən yazıb ki, Amerika dronu ona iki raket atarkən Əz-Zəvahiri Kabilin mərkəzindəki Şirpur bölgəsində gizləndiyi yerin eyvanında olub. Bu binada onun ailəsinin digər üzvləri də olub, lakin onlara zərər dəyməyib və bu hücum zamanı yalnız Əz-Zəvahiri öldürülüb.

Taliban sözçüsü Zəbihullah Mücahid bu hücumu təsdiqləyərək Kabildə son hücumun Şirpur bölgəsindəki yaşayış evinə qarşı həyata keçirildiyi barədə bəyanat yazaraq bildirib: “Bu hadisənin mahiyyəti əvvəlcə aydın deyildi. İslam Əmirliyinin (Taliban) təhlükəsizlik və kəşfiyyat qurumları hadisəni araşdırıb və hücumun Amerika dronları tərəfindən həyata keçirildiyini müəyyən edib. İslam Əmirliyi (Taliban) hər hansı səbəbdən törədildiyi bu hücumu pisləyir və bunu beynəlxalq prinsiplərin və Doha sazişinin açıq şəkildə pozulması hesab edir. Bu fəaliyyətlər son 20 ilin uğursuz təcrübələrini təkrarlayır və Amerikanın, Əfqanıstanın və regionun maraqlarına ziddir. Bu cür hərəkətlərin təkrarlanması mövcud imkanlara zərər verəcəkdir“.

Əymən Məhəmməd Rəbi Əz-Zəvahiri Misirdə İslami Cihad qruplaşmasının lideri olub, Əl-Qaidəyə qoşulduqdan sonra bu terror qruplaşmasının ikinci lideri kimi Qərb dövlətləri, xüsusilə də ABŞ tərəfindən təqiblərə məruz qalıb. 2011-ci ildə Üsamə Bin Ladenin ölümündən sonra Əl-Qaidə qruplaşmasının əməliyyatlarına rəhbərliyi Əz-Zəvahiri ələ keçirdi.

Əz-Zəvahiri İŞİD-in yaranmasının əvvəlindən ona qarşı idi və bəlkə də onun uzaqlaşdırılmasının səbəblərindən biri Əl-Qaidənin yüksək rütbəli üzvləri ilə Əfqanıstanda və digər Orta Asiya ölkələrində İŞİD-ə qoşulan narazı qüvvələr arasında fikir ayrılıqlarının yaranmasıdır. Əz-Zəvahirinin öldürülməsi Amerika üçün də problemlər yaradacaq, çünki onlar bu sui-qəsdi Əfqanıstanın paytaxtı Kabildə həyata keçiriblər və qonaqpərvərlik Talibanın puştun mədəniyyətində utanc verici və vacib bir şeydir. Bundan əlavə, Əl-Qaidənin Amerikaya cavab vermə ehtimalı da var və bu qruplaşmanın son illərdə zəifləməsinə baxmayaraq, Amerika mövqelərinə cavab hücumları həyata keçirmək üçün lazımi gücü var.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.