Bağdadda İraq Şiələrinin Koordinasiya Mərkəzinə aid tərəfdarların aksiyası + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Şiələrinin Koordinasiya Mərkəzinə aid tərəfdarları suverenliyi dəstəkləmək üçün Bağdadın Yaşıl Zonası yaxınlığında toplaşıblar.
Avqustun 1-də İraq Şiələrinin Koordinasiya Mərkəzinin (Əl-İtar Ət-Tənsiqi) bəzi liderləri vətəndaşların hüquqlarını, hökumətin legitimliyini, siyasi prosesi və konstitusiyanın müdafiəsi üçün xalqı mitinq keçirməyə çağırdıqdan sonra, onların tərəfdarları Bağdadın Yaşıl Zonasının girişində toplaşıblar.
İraq Şiələrinin Koordinasiya Mərkəzinə aid tərəfdarlarının toplaşmağa başladığı bir vaxtda təhlükəsizlik qüvvələri Bağdadın Yaşıl Zonası və ətraf ərazilərə yerləşdirilib. Mitinq başlayandan sonra toplaşanlar ilə təhlükəsizlik qüvvələri arasında qısa müddət ərzində qarşıdurma yaşanıb və İraq hərbçiləri izdihamın Yaşıl Zonaya yaxınlaşmasının qarşısını almaq üçün su çiləyən maşınlardan istifadə ediblər.
Bu aksiyada iştirak edənlər əllərində hökumətə, Həşd-Şəəbi təşkilatına və şiələrin ali dini lideri Ayətullah Seyid Əli Sistaniyə dəstək yazıları və plakatlar tutaraq “Tac Tac Ələr-Rəs, Seyid Əli Əs-Sistani”, “Nəəm Nəəm Lil-Mərcəiyyə”, “Heyhat Minəz-Zillə”, “Nəəm Nəəm Lil İraq, Yox, Yox, fitnəyə” kimi şüarlar səsləndiriblər. Həmçinin, iştirakçılardan bəziləri İraqın baş naziri Mustafa Əl-Kazimi əleyhinə şüarlar səsləndiriblər.
İraqın Əsaib Əhlil-Həq Hərəkatının baş katibi Qeys Əl-Xəzəli bu mitinqin heç bir şəxs və ya qrupa qarşı deyil, İraq, onun parlamenti və bu ölkə xalqı üçün olduğunu bildirərək, iştirakçılardan mitinq prinsiplərini qorumalarını, onların etirazının dincliyini və Yaşıl Zonaya girməmələrini istəyib.
Bununla əlaqədar olaraq İraq Qanun Hökuməti Koalisiyasının rəhbəri Nuri Əl-Maliki də nümayişçilərdən Yaşıl Zonaya girməmələrini istəyib.
Bugünkü mitinqdə Əsaib Əhlil-Həq hərəkatının yüksək rütbəli üzvlərindən Cavad Əl-Talibavi, İmam Əli (ə) taborlarının baş katibi Şubbəl Əl-Zeydi, İraq parlamentinin üzvləri Ədnan Fihan və Əli Türki də toplananlar arasında idilər.
Qeyd edək ki, Bağdadın Yaşıl Zonasına təhlükəsizlik qüvvələrinin yeridilməsi və etirazçılarla məhdud münaqişə bir neçə gün əvvəl Müqtəda Sədr tərəfdarlarının İraq parlamentinə hücumu zamanı təhlükəsizlik qüvvələrindən heç bir xəbər olmadığı halda baş verdi. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı heç bir müqavimət göstərmədən onların parlamentə daxil olmalarına icazə vermişdilər. İraqın Sədr hərəkatının tərəfdarları “Məhəmməd Şəyya Əl-Sudaninin” baş nazir postuna namizədliyinə etiraz olaraq hələ də parlamentin zalındadılar.
Daha çox oxuyun:
Sədr tərəfdarlarının İraq parlamentinə hücumu + FOTO
İraqda baş verən son hadisələr, 30 İyul 2022
Rəy