Kabil şəhərində partlayış; Amerika dronlarının İŞİD-ə hücumu, yoxsa Pakistanın Təhrik-e-Talibana hücumu?

Çərşənbə axşamı 2 Avqust 2022 - 15:52
https://az.iswnews.com/?p=10930

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabilin üçüncü və onuncu rayonlarında naməlum dronların bir neçə nöqtəyə hücumu bir neçə güclü partlayışa səbəb olub.

Bazar günü, iyulun 31-də səhər saatlarında Kabil şəhərinin 10-cu rayonunda Şirpur və Vəzir Əkbər Xan və 3-cü rayonunda yerləşən Dehmazang ərazilərində bir neçə partlayış baş verib. Bəzi yerli mənbələr Pakistan ordusunun təyyarələrinin “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlılarının toplaşdığı üç yerə hücum etdiyini, bəzi digər yerli mənbələr isə Amerika dronlarının Kabil səmasında müşahidə edildiyini bildirib və bu partlayışları onların hava hücumları ilə əlaqələndirib.

Digər tərəfdən, Əfqanıstanın əvvəlki hökumətinin milli təhlükəsizlik rəhbəri Rəhmətullah Nəbil də eyni mənbələrə istinadən ABŞ-ın Kabilə hava zərbələri endirdiyini təsdiqləyib və deyib: “Doha razılaşmasına əsasən, ABŞ Talibana İŞİD-lə mübarizə aparmağa və onu yatırmaq da kömək edəcək. Yerli mənbələrin məlumatına görə, Amerika dronları bu gün səhər saatlarında Kabil səmasında görünüb və Kabil şəhərinin müxtəlif bölgələrinə hücum edib. Çox güman ki, bu hücumların hədəfi İŞİD-in sığınacaqları olub. Taliban bilməlidir ki, əfqanları dəstəkləməsələr, onların hökuməti uzun sürməyəcək. Onlar ölkəni idarə edə bilmirlər və Əfqanıstanı ifratçı qüvvələr üçün sığınacaqa çevirmək riski böyükdür”.

Kabil və Əfqanıstanın digər şəhərlərində naməlum dronların uçuşu bu ilin əvvəlindən dəfələrlə təkrarlanan mövzudur. Bu dronlar əvvəllər Ləşkərgah şəhərinin şimal-qərbindəki Şorabak bazasına, Qəzni şəhərindəki Tohidabad bazasına və Heydərabad bazasına hücum ediblər və indiyədək bu hücumların səbəbkarı və mənşəyi barədə etibarlı təfərrüatlar müəyyən edilməyib.

Daha çox oxuyun:
Əfqanıstanın Şorabak bazasında partlayış; ABŞ PUA-larının hücumu və ya köhnə minaların partladılması?
Qəzni şəhərində Taliban mövqelərinə naməlum hava zərbələri endirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir