Yəmənin hərbi məntəqələrində Ənsarullah döyüşçülərinin paradları + VİDEO və FOTO

Çərşənbə axşamı, 2 Avqust 2022 - 01:47
https://az.iswnews.com/?p=10908

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin hərbi məntəqələrində Ənsarullah döyüşçüləri məzuniyyət mərasimlərini “Qatiluhum Yuəzzibuhumullahu Biəydikum”, “Və İn Udtum Udna”, “Şəhid Zeyd Əli Muslih” adları altında hərbi paradlarla başa vurublar.

General-mayor Seyid Əbdül Xaliq Əl-Husinin komandanlığı altında 31 iyul tarixində Yəmənin Mərkəzi Hərbi Bölgəsində yeni qüvvələrin məzuniyyəti “Qatiluhum Yuəzzibuhumullahu Biəydikum” (Tövbə surəsinin 14-cü ayəsinə istinadən, yəni: onlarla vuruşun. Allah onları sənin əlinlə cəzalandıracaq Kürd) adlı hərbi paradla qeyd edildi.

Mərasimdə Yəmənin Qurtuluş hökuməti və Ənsarullah hərəkatının hərbi və mülki liderləri, o cümlədən Ali Siyasi Şuranın üzvü Məhəmməd Əli Əl-Husi, Baş nazir Dr. Əbdül Əziz Bin Həbtur, general-mayor Məhəmməd Nasir Əl-Atefi, müdafiə naziri, briqada generalı Yəhya Səri, silahlı qüvvələrin sözçüsü və Sənaa qubernatoru Həmmud Əbbad iştirak ediblər.

Məhəmməd Əli Əl-Husi çıxışında bildirib ki, Yəmən liderləri döyüş cəbhəsinə gedən döyüşçülərin ruhundan istifadə edərək mənəviyyatlarını gücləndirmək üçün bu mərasimdə iştirak ediblər.
Əl-Husi daha sonra təcavüzkar ölkələrə müraciət edərək bildirib ki, bu cəsur insanlar və bunlar kimi on minlərlə insan qəddar Səudiyyə-BƏƏ-Amerika düşməni ilə istənilən qarşıdurmaya hazırdır.

Bu ilin əvvəlindən Yəməndə atəşkəsin yaradılması və Səudiyyə koalisiyasının döyüş cəbhələrini gücləndirdiyinə dair qeyri-rəsmi məlumatların yayımlanması ilə Ənsarullah hərbi hazırlığı qorumaq məqsədi ilə hərbi təlim və paradların həcmini də artırıb.

Yəmənin mərkəzi hərbi bölgəsində Ənsarullah döyüşçülərinin paradının videosu

Avqustun 1-də Yəmən ordusu və xalq komitələrinin beş min döyüşçüsünün yeni hicri-qəməri ilinin daxil olaması münasibəti ilə Sənaa şəhərində “Və İn Udtum Udna” (Qayıtsanız, biz də qayıdacağıq) adı altında məzuniyyət mərasimi keçirilib. Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşat Yəmənin Qurtuluş Hökumətinin Müdafiə Nazirliyi və digər hərbi rəsmilərinin ordunun yenidən qurulması səylərini yüksək qiymətləndirib və Yəmənin müstəqilliyi və suverenliyinin zəruriliyini vurğulayıb və deyib: Düşmən müharibəni davam etdirməyə hazırlaşır və biz də hazırıq”.

Səədə vilayətinin şimal cəbhəsindəki Cizan batalyonları da avqustun 2-də Səədə valisi Məhəmməd Cabir İvədin iştirakı ilə “Şəhid Zeyd Əli Muslih” adı altında parad keçirib və Səudiyyə-Amerika koalisiyasının yeni ssenariləri ilə üzləşməyə hazır olduqlarını vurğulayıblar.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.