Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri dini dəyərləri yenidən təhqir edib + VİDEO və FOTO

Bazar 31 İyul 2022 - 23:43
https://az.iswnews.com/?p=10880

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bakı ətrafında yerli mənbələr birinci Qarabağ müharibəsi qazilərindən birinin ailə üzvləri ilə polis arasında Ya Hüseyn (ə) Ya Əbbas (ə) şuarlarının evin divarında yazılması səbəbindən qarşıdurma baş verdiyini və İmam Hüseynin (əleyhis-salam) təhqir olunması xəbərini veriblər.

İyulun 30-da şənbə günü günortadan sonra baş verən bu hadisə Binə qəsəbəsində yaşayan sakinlərin məlum yerə toplaşmalarına səbəb olub.

Məhərrəm ayının əvvəlində polislə əzalı şəxslər arasında qarşıdurma

İyulun 30-da (Məhərrəm ayının 1-i) şənbə günü Saat 18:30 radələrində 10 zabit və bir neçə yanğınsöndürənlə birinci Qarabağ müharibə qazisi Aqşin Fərəcovun evinə gediblər və orada Binə qəsəbəsi polisi ilə dindarlar arasında münaqişə baş verib. Polislər Ya Hüseyn Ya Əbbas şüarlarını silmək istəyiblər.
Aqşin Fərəcov birinci Qarabağ müharibəsində hər iki ayağını itirib və hazırda xəstədir, həyat yoldaşı Seyyidə Şəhla Fərəcova isə onların qarşısına çıxıb polisin divardan şüarları silməsinə mane olub. Polis əməkdaşlarından biri onun qarşısında müqəddəsləri təhqir edib və onu qızının zorlanacağı ilə hədələyib. Polis qarşıdurmanı saat 21:00 radələrində dayandırıb. Amma bir saatdan sonra yenidən qayıdıblar və bu dəfə qanuni tələblərə əməl etmədən, təhqiramiz şəkildə Seyyidə Şəhla Fərəcovanı tutub polis bölməsinə aparıblar.
Polis qüvvələri daha sonra bu yaşıl divarı qırmızı boya ilə boyayıb, Ya Hüseyn (ə) bayrağını endirərək deyiblər: “Biz neynəmişik ki? Yalnız divarı Türkiyə bayrağının rənginə boyamışıq”.
Qəsəbədən bir qrup inanclı qarşıdurma yerinə gedərək yenidən Ya Hüseyn (ə) bayrağını asıb divara sprey ilə Ya Hüseyn (ə) şüarını yazıblar.

Polis basqınının şərhi

Seyyidə Şəhla Fərəcova hər zaman geyindiyi niqabla çəkdiyi videofaylda bu xəbəri təsdiqləyərək bildirib: “Divar yazısı bu il yazılmayıb, üç il əvvəlindir. Əvvəllər bir dəfə evin qapısına polis gəlmişdi və biz şüarları silməkdən imtina etmişdik və onlar da davasız getmişdilər“.
O, şənbə günü baş verənlər barəsində belə deyib: “Polis işçiləri həyətimizə girib divardakı dini yazıları silmək istədilər, mən onları qoymadım ki, bu işi etsinlər. Məmurlardan biri mənə əxlaqsız söyüşlər söyüb, paltarımı əynimdə cırıb dedi ki, sənin gözünün qabağında qızlarının başına oyun açacam. Bu polis işçisi hətta “Ləbbeyk, Ya Küfə”!”-də deyib.

Birinci Qarabağ müharibəsi qazisinin həyat yoldaşı onun polis bölməsinə aparılması barədə belə deyir: “Qonşulardan bir neçə qadın bizə gəlmişdilər və mən bilirdim ki, polis əməkdaşları yenədə gələcəklər. Mən məğrib namazını qılmaq istəyirdim ki, xanımlar polislərin gəldiklərini dedilər. Bir qadın və iki kişi polisi həyətə daxil oldular və şüarları sildiklərini bildirdilər. Evin qapısından çıxarkən qızımı və İslami dəyərləri təhqir edən məmur saçımdan tutaraq məni qonşunun evinin qapısına qədər sürüklədi. Məni zorla maşına atıb apardılar. Bölmədəki məmurlar dedilər ki, divara Ya Hüseyn Ya Abbas şüarları yerinə divarı Türkiyə bayrağı rənginə boyamışıq. Məni və dini dəyərləri yenidən söydülər. Məni polis bölməsinə aparanda qonşu xanımlardan birinində qollarına qandal vuraraq bölməyə apardılar“.

Seyyidə Şəhla Fərəcovanın baş verənlərlə əlaqədar video açıqlaması

Ailədən aldığımız son məlumata görə, xanım Fərəcovanın ziyarətçilərinə su gətirən Qəribov Elvin adlı inanclı gənc polislər tərəfindən saxlanılaraq PPX maşını ilə naməlum istiqamətə aparılıb.

Dini inanclardan sui-istifadə edən hökumətin riyakarlığı

Hökumətin dini inanclara qarşı ikili fəaliyyət göstərməsini tənqid edən bu azərbaycanlı dindar qadın deyir: “Qarabağ müharibəsi zamanı Ləbbeyk Ya Hüseyn (ə) şüarı azad idi, dini şüarlar səsləndirdilər. İlk dəfə döyüşə çıxan İmam Hüseyn (ə) aşiqləri olmuşdular. Onlar Ya Hüseyn (ə) yazılmış sərbəndləri dəbilqələrinə bağlayırdılar, amma indi müharibə bitdikdən sonra şüarlardan istifadə etmək qadağandır!”

Həmçinin 2015-ci ildə Azərbaycan parlamenti divarlara dini şüar yazmaq və dini bayraqların qaldırılmasını qadağan edən qanunu qəbul etmişdir. Bu məhdudiyyətlər yalnız Azərbaycan şiələrini əhatə edir və indiyədək bununla əlaqədar polis bir neçə evə basqın edib.

Daha çox oxuyun:
Azərbaycan hakimiyyətinin dini qadağaları Qədr gecələrinə çatdı
Bakıda cümə namazında Əliyevə etiraz olub + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir