Suriyada baş verən son hadisələr, 31 İyul 2022

Bazar 31 İyul 2022 - 21:48
https://az.iswnews.com/?p=10877

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya prezidenti və bütün silahlı qüvvələrinin baş komandiri Bəşər Əsədin əmri ilə Suriya və Rusiya ordularının yüksək rütbəli komandirlərinin iştirakı ilə, həmçinin İki ölkənin quru, hava və dəniz qüvvələrinin iştirakı ilə gerçəkliyə yaxın şəraitdə hərbi manevr həyata keçirilib.

1- Hələb:
– İyulun 29-da Türkiyə ordusunun dronları Hələbin şərqində yerləşən Sarin şəhərində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus bir neçə hərbi qərargahı hədəfə alıb.
– İyulun 29-da Suriya ordusunun qüvvələrindən biri Hələbin qərbində terrorçular tərəfindən şəhid edilib.
– İyulun 31-də Türkiyə ordusunun hərbi karvanı “Bab əl-Səlama” sərhəd keçid məntəqəsindən Əzəz şəhərinə daxil olub.

2- İdlib:
– İyulun 31-də İdlibin cənubunda yerləşən Deyr-Sünbüldəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– İyulun 30-da Türkiyə ordusu İdlibin cənub-şərqindəki “San” kəndi yaxınlığında yeni hərbi post qurub.

3- Dəraa:
– İyulun 29-da “Ceyş Əl-Hurr”in (Azad Suriya Ordusu) keçmiş terrorçu qüvvələrindən biri “Yəhya Ətaullah Əl-Səqər” adlı şəxs Dəraa əyalətində yerləşən Novi Şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– İyulun 29-da Suriya ordusu qüvvələri Casim şəhərinə bir neçə yardımçı qüvvə karvanı göndərdi.
– İyulun 30-da Suriya ordusunun qüvvələrindən biri Dəraanın şərqində yerləşən Ğəsm qəsəbəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:
İyulun 30-da İŞİD terror qruplaşması Bəsirə şəhərində “İlyas Xızır Səbx Əl-Həmmud” adlı şəxsin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD onun Amerika koalisiyası ilə əlaqədə olduğunu iddia edib.

5- Raqqa:
– İyulun 30-da və 31-də Rusiya qırıcı təyyarələri İŞİD-in Rəssafə və Cəbəl əl-Bəşri bölgəsindəki sığınacaqlarına hücum edib. Bu hücumlar zamanı 3 İŞİD üzvü öldürülüb.
– İyulun 30-da Türkiyə ordusunun casus dronları Qamışlı şəhəri üzərində uçuşlar həyata keçirib.

6- Həsəkə:
– İyulun 30-da Türkiyənin dəstəklədiyi terrorçular Həsəkənin Təll-Təmər şəhəri ətrafındakı əraziləri artilleriya hücumları ilə hədəfə alıblar.
– İyulun 30-da Rusiya qüvvələri 10 zirehli texnikadan ibarət karvan şəklində iki helikopterin dəstəyi ilə Qamışlı şəhəri ətrafındakı ərazilərdə patrul xidməti həyata keçirib.

7- İyulun 30-da Suriya prezidenti və bütün Silahlı Qüvvələrin komandanı Bəşər Əsədin əmrinə əsasən, Suriya Ordusunun Baş Qərargah rəisi Əbdül Kərim İbrahim və komandan general Aleksandr Çaykonun iştirakı ilə iki ölkə ordularının bir sıra tanınmış zabitləri ilə birlikdə Suriyadakı Rusiya Silahlı Qüvvələrinin quru, hava və dəniz qüvvələrinin iştirakı ilə reallığa yaxın şəraitdə hərbi manevr həyata keçirilib.

8- İyulun 31-də Türkiyənin Müdafiə Nazirliyi Suriyanın şimal bölgələrində 13 kürd silahlısının öldürüldüyünü açıqlayıb.

9- İyulun 30-da Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 10 dəfə pozublar.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir