Kariş qaz yatağı Hizbullahın hədəfindədir + VİDEO

Bazar 31 İyul 2022 - 19:58
https://az.iswnews.com/?p=10867

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahı Aralıq dənizindəki Kariş qaz yatağı və sionist rejimin gəmiləri məzmunlu videosunu paylaşmaqla, ixtilaflı su məntəqələrindən qaz çıxarmaq üçün hər cür hərəkətə qarşı İsraili xəbərdar edib.

Bu gün iyulun 31-də Livan Hizbullahının media departamenti Aralıq dənizindəki Kariş qaz yatağının və bir neçə İsrail gəmisinin videosunu yayımlayıb və bu hədəflərin Livan İslami Müqavimət Qüvvələrinin hədəfində olduğu barədə xəbərdarlıq edib.

Livan və İsrail arasında sərhədlərin çəkilməsi danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi “Amos Hochstein”in səfəri ilə eyni vaxtda Hizbullah tərəfindən bu videonun yayımlanması sionist rejim və onun havadarları üçün açıq mesajdır.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bir müddət əvvəl Kariş qaz yatağı ilə bağlı qarşıdakı gərginlik və danışıqlarla bağlı bildirmişdi ki, Livan hökuməti Amerikanın vədlərinə aldanmamalı və Livanın hüquqlarını təmin etmək üçün sentyabra qədər razılığa gəlməlidir. Əgər nəzərdə tutulan odursa ki, Livan öz nefti və qazı ilə özünü xilas edə bilməz, o zaman heç kim qaz və neft çıxara, qaz və neft sata bilməz.

Qeyd edək ki, bu, Livan Hizbullahının İsrailə qaz yatağı ilə bağlı ikinci xəbərdarlığıdır. Bu il iyulun 2-də İsrail ordusu Kariş qaz yatağı yaxınlığında üç dronu ələ keçirərək məhv etdiyini iddia etmişdir. Bu açıqlamadan sonra Hizbullahın baş katibi çıxışında Hizbullahın dronların göndərilməsi xəbərini təsdiqləyərək bu hərəkətlə İsrail düşmənini tələyə saldıqlarını vurğulamışdır.

Daha çox oxuyun:
Hizbullah dronları İsrailə xəbərdarlıq etdi!
Hizbullah baş katibi: İsrailin sonunu çox yaxın görürəm

Livan Hizbullahının media departamentinin yayımladığı video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir