Yəməndə baş verən son hadisələr, 30 İyul 2022

Şənbə, 30 İyul 2022 - 23:26
https://az.iswnews.com/?p=10848

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatı, Səudiyyə koalisiyası və istefa vermiş hökumət nümayəndələri ilə altı aylıq atəşkəsin uzadılması, Sənaa hava limanında uçuşların artırılması və Yəmənin müxtəlif əyalətlərinə marşrutların yenidən açılması ilə bağlı danışıqları davam edir.

1- Sənaa:
Yerli mənbələr Sənaa hava limanının ətrafında partlayışın baş verdiyini bildirib. “İslam Dünyası Xəbərləri” informasiya agentliyinin cəbhə mənbəyinin verdiyi məlumatına görə, bu partlayış Yəmən daxili xarakter daşıyır və Səudiyyə koalisiyasının hava hücumları ilə heç bir əlaqəsi yoxdur.

2- Təiz:
– Tariq Salehin qüvvələri yeni baza yaratmaq üçün tikinti texnikası və təchizatlarını Ət-Turbə qəsəbəsinə köçürüb.
– Səudiyyə koalisiya qüvvələri Ət-Turbə qəsəbəsində İslah Partiyasının bir neçə tərəfdarını Tariq Salehin göstərişi ilə həbs edərək naməlum yerə köçürüb.

3- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 158 dəfə pozub.

4- Yəmən Qurtuluş Hökumətinin Xarici İşlər Nazirinin müavini Hüseyn Əl-Əzi Fransanın Sənaada səfirliyinin yenidən açılması ilə bağlı yayılan şayiəyə cavab olaraq: “Fransanın Sənaadakı səfirliyi bu günə qədər bağlıdır və ölkə İslam Peyğəmbərini (s) təhqir etdiyinə görə üzr istəməli və yəmənliləri öldürmək üçün silah ixracını dayandırmalı; Həmçinin əgər bunlar olmazsa, bu proses davam edəcək”.

5- Atəşkəs danışıqları:
Ənsarullah, Birləşmiş Millətlər Təşkilatı, Səudiyyə koalisiyası və istefa vermiş hökumət nümayəndələri arasında atəşkəsin uzadılması naminə danışıqlar davam edir. Atəşkəsin təfərrüatları aydın olmasa da, BMT baş katibi sözçüsünün müavini “Fərhan Haq” atəşkəsin uzadılması məsələsinin müəyyən olduğunu açıqlayıb. Atəşkəs müddətinin altı ay uzadılması, Səna hava limanı uçuşlarının artırılması və daha çox hava limanları ilə əlaqəsinin olması və Təiz şəhər marşrutlarının yenidən açılması danışıqların bu mərhələsində müzakirə edilən məsələlər arasındadır.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.