Hərbi Məlumat: Şahid-129 Döyüş Kəşfiyyatı Dronu

Şənbə 30 İyul 2022 - 22:37
https://az.iswnews.com/?p=10817

Şahid-129 dronu İranın ən qabaqcıl uzaqdan idarə olunan dronlarından biridir və rəsmi olaraq 2013-cü ildə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən nümayiş etdirilmişdir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri general-mayor Məhəmməd Əli Cəfərinin sözlərinə görə, 24 saat fasiləsiz uçuşa və 1700 kilometr əməliyyat radiusuna malik “Şahid-129” dronu kəşfiyyat və döyüş sahələrində öz tapşırıqlarını yaxşı yerinə yetirə bilir.

Bu dronun idarə edilməsi və yönləndirilməsi sabit və ya qeyri sabit yerüstü idarəetmə mərkəzləri tərəfindən həyata keçirilir. TIR-a və ya yük maşınına quraşdırıla bilən qeyri sabit idarəetmə mərkəzindən istifadə Şahid-129-un faydalı və effektiv uçuş məsafəsini artırır. Həmçinin, bu dronun bir versiyası peyk yönləndirmə sistemi ilə təchiz edilmişdir.

Şahid-129 dronunda istifadə üçün optimallaşdırılmış geniş çeşiddə bomba və raketlərdən istifadə edilə bilər; Ancaq bu dron üçün əsasən Sədid bombalarından və raketlərindən istifadə olunur. Sədid İranın idarəolunan bombaları və raketləri ailəsinin adıdır, SEPAH Aerokosmik Qüvvələri tərəfindən dizayn və istehsal edilmiş və indiyə qədər müxtəlif növlər də hazırlanmış bombadır.

Şahid-129 dronu səkkiz bomba və ya dörd idarə olunan raket daşıya bilir. Bu drona Sədid idarəolunan bombaları və raketləri quraşdırmaqla Şahid-129 dronu öz əməliyyat sahəsində istənilən hədəfləri ən yüksək dəqiqliklə vura bilir.

Şahid-129 dronu və idarə olunan Sədid ailəsinin bombalarından istifadə

Bu dron Rotax914 turbovintli mühərriklə təchiz edilib və 7300 metrə qədər uçuş tavanına malikdir.

Şahid-129 dronu İran və onun müttəfiqləri tərəfindən Suriya və İraqda Əl-Qaidə silahlılarına və İŞİD terrorçularına qarşı döyüşlərdə geniş istifadə olunub və dosyası çox parlaq, lakin az tanınan əməliyyat tarixi var. Şahid-129 dronu İraq və Suriyada 1000-dən çox uğurlu əməliyyat həyata keçirib.

2015-ci ildə bu dronun əvvəlki növündən fərqli olan yeni versiyası nümayiş etdirildi. Bu tipdə dronun ön hissəsində proyeksiya və qövs var ki, adətən digər dronlarda peyk antenası üçün yer kimi istifadə olunur. Odur ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri Sərdar Hacızadənin məlumatlarına əsasən demək olar ki, bu dron peyk yönləndirmə sistemi ilə təchiz olunub və bu, potensial olaraq Şahid-129 dronunun uçuş məsafəsini və əməliyyat imkanlarını artırır. Təbii ki, bu yeni tipin nümayişi zamanı İranın bu imkandan istifadə etmək və yalnız Şahid-129 peykini idarə etmək üçün xüsusi hərbi peyki yox idi. Görünən odur ki, bu qabiliyyət İran Silahlı Qüvvələrinin aerokosmik sənayesinin yaxın gələcəkdəki inkişafının uzaqgörənliyi və proqnozlaşdırılması ilə hazırlanıb həyata keçirilib. Həmçinin, bu qabiliyyət İranın müttəfiqlərinə bu xüsusi modeldən istifadə olunarsa, onun peyk yönləndirmə imkanlarından faydalanmağa imkan verir.

Onu da xatırladaq ki, 2019-ci il dekabrın 7-də Simurq dronu kimi tanınan ilk Şahid-129 dronu İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinə təhvil verilmişdir. Bu dron İran Hərbi Dəniz Qüvvələrinin bölmələrində istifadə üçün xüsusi hazırlanmış və optimallaşdırılmışdır.

Şahid-129 dronunun texniki xüsusiyyətləri:
– Uçuş Məsafəsi: 1700 km
– Uçuş Müddəti: 24 saat
– Uçuş Tavanı: 24000 fut (7300 metr)
– Sürət: 150-200 Km/Saat
– Uzunluğu: 8 Metr, Qanad Uzunluğu: 16 Metr
– Silahlar: 8 bomba və ya 4 idarə olunan raket
– Silah Daşıma Həcmi: 400 Kq
– Missiya: Döyüş və Kəşfiyyat
– Dizayn və İstehsal: İran Təyyarə İstehsalı Sənayesi Şirkəti və İAİO

Orijinal ölçüdə baxmaq üçün klikləyin

İngilis, ərəb, rus, fars, kürd, ivrit və Çin dillərində Şahid-129 dronunun sosial şəbəkələrdə paylaşmaq üçün posterləri:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir