Səlmas sərhəd alayının iki əsgəri şəhid olub

Şənbə 30 İyul 2022 - 20:05
https://az.iswnews.com/?p=10814

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Qərbi Azərbaycan vilayətində yerləşən Səlmas şəhərinin sərhəd alayının iki əsgəri bu şəhərin sərhədlərində patrul və nəzarət xidməti keçirərkən şəhid olub.

İyulun 29-da Urmiyanın Qanqçin kəndindən olan “Nima Hacıpur” və Urmiyanın Nəqdə şəhərindən olan “Əmir Ağaverdizadə” adlı Səlmas sərhəd alayının iki əsgəri sərhəd zolağında patrul, müşahidə və nəzarət xidməti keçirərkən şəhid olub.

İranın Qərbi Azərbaycan Sərhəd Qoşunları Komandanlığı Səlmas Sərhəd Alayının iki əsgərinin şəhid olması xəbərini təsdiqlədikdən sonra xəbərin təfərrüatlarının təcili olaraq ictimaiyyətə çatdırılacağını açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir