İraqda baş verən son hadisələr, 30 İyul 2022

Şənbə 30 İyul 2022 - 19:45
https://az.iswnews.com/?p=10806

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim Həşd-Şəəbi təşkilatını fəxr olunan hərbi və milli qurum sayıb və bu təşkilatın İraqa dəstəyinin daha geniş olması üçün İraq xalqını onun inkişafı ilə bağlı davamlı dəstəyə çağırıb.

1- Bağdad:
– İyulun 30-da İraqın siyasi partiyaları yeni siyasi prosesin başlaması üçün parlamentin iclasını gözlədiyi bir vaxtda İraqın Sədr hərəkatının lideri Müqtəda Sədr tərəfdarlarını dəvət edərək Bağdadın siyasi atmosferini gərginləşdirdi. Bağdadın Yaşıl Zonasına toplaşan Sədr hərəkatının tərəfdarlarının bəziləri parlament binasına basqın ediblər.

Daha çox oxuyun: Sədr tərəfdarlarının İraq parlamentinə hücumu + FOTO

– İyulun 30-da Həşd-Şəəbi təşkilatının 12-ci briqadasının qüvvələri İŞİD-in Bağdadın şimalındakı Tərimiyyə bölgəsinə hücumunu dəf edib.

– İyulun 29-da İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim Həşd-Şəəbi təşkilatını fəxr olunan hərbi və milli qurum sayıb və bu təşkilatın İraqa dəstəyinin daha geniş olması üçün İraq xalqını onun inkişafı ilə bağlı davamlı dəstəyə çağırıb.

2- Neynəva:
İyulun 29-da İraq Hərbi Hava Qüvvələrinə məxsus hava təchizatları Neynəva vilayətinin qərbindəki hədəflərə hücumundan sonra bir neçə İŞİD üzvü öldürülüb.

3- İyulun 29-da Sədr Hərəkatına bağlı etirazçılar İraq Şiə Koordinasiya mərkəzinin bəzi ofislərinə, xüsusilə Milli Hikmət Hərəkatı və Hizb Əd-Dəvə ofislərinə hücum etdilər.

4- İyulun 30-da silahlı qüvvələrin baş komandanı və İraqın baş naziri Mustafa Əl-Kazimi etirazçıların müdafiəsinin zəruriliyini vurğulayarkən, hər hansı gərginlikdən çəkinməyi tələb etdi. O, İraq təhlükəsizlik qüvvələrinə etirazçıların təhlükəsizliyini təmin etməyi əmr edib. O, həmçinin etirazçılardan hər hansı gərginlikdən çəkinmələrini və nümayişlərini dinc şəraitdə keçirmələrini xahiş edib.

5- İyulun 29-da İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim BBC-nin ərəb bölməsi ilə söhbətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmayıl Qaaninin İraqa son səfəri ilə bağlı bildirib ki, Cənab Qaani, bir çox digər rəsmilər kimi, hər dəm, İraqa səfər edir və ölkənin siyasi xadimləri ilə görüşür və bu səfərin çərşənbə günü nümayişləri və vəziyyəti sakitləşdirmək cəhdləri ilə heç bir əlaqəsi yoxdur. O, daha sonra deyib ki, Sərdar Qaaninin səfərləri bəzi hallarda açıq, bəzi hallarda isə məxfi xarakter daşıyır və bu, onun təhlükəsizlik məsələlərini nəzərə alaraq verdiyi qərardır və əgər səfərinin məxfi qalmasını istəyirsə, bu, düzgün deyil ki, mən bunu (onun gizli səfərini) faş edim, ancaq vurğulaya bilərəm ki, etiraz mövzusu ilə bağlı (Sərdar Qaani ilə) heç bir toplantı keçirilməyib.

6- İyulun 30-da Sədr hərəkatı tərəfdarlarının parlamentə hücumundan sonra İraq şiələrinin koordinasiya mərkəzi Sədr hərəkatı tərəfdarlarından rahat olmalarını tələb edib və İraq xalqından ölkənin, onun qanunları və təsisatlarının müdafiəsi üçün dinc nümayişlər keçirməyi və təhlükəli təcavüz və qanunsuzluğa qarşı çıxmalarını xahiş edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir