Sədr tərəfdarlarının İraq parlamentinə hücumu + FOTO

Şənbə, 30 İyul 2022 - 18:57
https://az.iswnews.com/?p=10798

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqda Sədr hərəkatının tərəfdarları “Məhəmməd Şəyya Əl-Sudani”nin baş nazirliyə namizədliyinə etiraz edərək Bağdadın Yaşıl Zonasına toplaşıblar və onlardan bəziləri parlament binasına daxil olublar.

Bu gün iyulun 30-da İraqın siyasi partiyaları yeni siyasi prosesə başlamaq üçün parlamentin iclasını gözlədiyi bir vaxtda İraqın Sədr Hərəkatının lideri Müqtəda Sədr tərəfdarlarını dəvət edərək Bağdadın siyasi vəziyyətini gərginləşdirib.

Sədr hərəkatının tərəfdarları Bağdadın Yaşıl Zonasında parlamentin prezidentin seçilməsi ilə bağlı mümkün iclasına etiraz ediblər. Təhlükəsizlik qüvvələri ilə məhdud toqquşmalardan sonra etirazçılar İraq parlamentinin binasına daxil ola biliblər. Sədr tərəfdarlarının parlamentdə olmasından sonra Sədrin Bağdaddakı ofisinin direktoru İbrahim Əl-Cabari insanları qeyri-müəyyən müddətə parlamentdə qalmaqlarına çağırıb.

Digər tərəfdən İraq şiələrinin koordinasiya mərkəzi Sədr Hərəkatı tərəfdarlarından təmkin tələb edib və İraq xalqından ölkəni, qanunları və qurumlarını müdafiə etmək üçün dinc nümayişlər keçirməyi, bu təhlükəli təcavüz və fəaliyyətə qarşı durmağı istəyib.

Bağdadın Yaşıl Zonasında Sədr Hərəkatı tərəfdarlarının toplaşdığı bir vaxtda İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mustafa Əl-Kazimi nümayişçilərdən gərginliyin artmasına yol verməməyi və təhlükəsizlik qüvvələrinin əmrlərinə tabe olmalarını istəyib. O, təhlükəsizlik qüvvələrinə etirazçıları müdafiə etməyi əmr edib.

Əl-Kaziminin təhlükəsizlik qüvvələrinə verdiyi əmrə baxmayaraq, bugünkü nümayiş zamanı indiyədək 100-ü mülki şəxs, 25-i təhlükəsizlik qüvvəsi olmaqla 125 nəfər yaralanıb və Sədr tərəfdarlarının nümayişi davam etdirməsi səbəbindən yaralıların sayında artımın müşahidə olunması gözlənilir.

Xatırladaq ki, iyulun 27-də Sədr tərəfdarları Bağdadın Təhrir meydanına toplaşıb beton divarları dağıtdıqdan sonra Yaşıl Zonaya daxil olmuşdular. Bu əraziyə daxil olduqdan sonra etirazçılar İraq parlamentinin binasına daxil olaraq ictimai əmlakı da dağıtmışdılar.

Daha çox oxuyun:
İraqda baş verən son hadisələr, 29 İyul 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.