Suriyanın şimalında iki türk əsgəri həlak olub + FOTO və VİDEO

Cümə axşamı 28 İyul 2022 - 14:46
https://az.iswnews.com/?p=10748

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, kürd silahlılarının Türkiyə ordusunun Kəlcəbrin bölgəsindəki bazasına artilleriya hücumu nəticəsində bu ölkənin iki əsgəri həlak olub.

İyulun 26-da Suriya Demokratik Qüvvələri (SDQ) Hələbin şimalında yerləşən Əzaz şəhərinin cənubunda, Kəlcəbrin bölgəsində Türkiyə ordusunun bazasını artilleriya hücumu ilə hədəfə alıb. Bu hücum nəticəsində Türkiyə ordusunun iki əsgəri yaralanıb və aldığı xəsarətlərin ağırlığı səbəbindən tibb mərkəzinə yerləşdirildikdən sonra dünyasını dəyişib.

Onlayn xəritədə Kəlcəbrinin yerinə baxın

Dünən Türkiyənin Müdafiə Nazirliyi “Fərat Qalxanı” əməliyyatı bölgəsində bu ölkənin “Mevlüt Yoğurtçu” və “Mert Otal” adlı iki əsgərinin həlak olduğunu açıqlasa da, bu insidentdə yaralananların sayını açıqlamayıb.

Həmçinin bu il mayın 4-də kürd silahlıları Türkiyənin Kəlcəbrin bölgəsindəki hərbi bazasını artilleriya hücumu ilə hədəfə almış, nəticədə Türkiyə ordusunun əsgərlərindən biri yaralanmış və aldığı ağır yaralar səbəbindən tibb mərkəzinə yerləşdirildikdən sonra həlak olmuşdur.

Daha çox oxuyun:

Suriyanın şimalında bir türk əsgəri həlak olub

Kürd silahlılarının Türkiyə ordusunun Kəlcəbrin bölgəsindəki bazasına artilleriya hücumunun videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir