Xalq Konqresi Partiyası üzvlərinin Əhməd Əli Abdullah Salehə qarşı yumşaq çevrilişi

Çərşənbə 27 İyul 2022 - 23:34
https://az.iswnews.com/?p=10741

”İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən Xalq Konqresi Partiyasının Sənaadakı tərəfdarları və üzvləri Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Abdullah Salehin bu partiyanın vitse-prezidentlik vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.

Yəməndə sosial şəbəkələr fəalları media etirazları keçirərək və həştəqlərlə Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin böyük oğlu Əhmədin Yəmən Xalq Konqresi Partiyasının vitse-prezidentlik vəzifəsindən uzaqlaşdırılmasını istəyiblər. Bu hərəkata Xalq Konqresi Partiyası Komitəsinin daimi üzvü Əli Əl-Zənəm rəhbərlik edir. O, çıxışında Əhməd Salehin Yəmənə xəyanətini xatırladıb və onun vəzifədən uzaqlaşdırılmasını Xalq Konqresi Partiyasının liderlərinin imtahanı kimi qiymətləndirib.

Bu hərəkətdən sonra Yəmən Xalq Konqresi Partiyasının Sənaadakı müvəqqəti lideri Sadiq Əmin Əbu Rəəs bildirib ki, o, Əl-Zənəmi partiya komitəsinin daimi üzvü vəzifəsindən uzaqlaşdıracaq.

2017-ci il dekabrın 4-də Əli Abdullah Salehin öldürülməsindən sonra Yəmən Xalq Konqresi Partiyasının üzvləri Ənsarullahla müttəfiq və Səudiyyə koalisiyasına tabe olan iki qrupa bölünüblər. Sənaada qalan birinci qrup “Sadiq Əmin Əbu Rəəs”i partiyanın müvəqqəti lideri, ikinci qrup isə Səudiyyə koalisiyasının ardınca gedərək Əhməd Əli Abdullah Salehi partiya lideri seçmişdilər. Əbu Rəəs Xalq Konqresi Partiyasının Ümumi Komitəsinin səs çoxluğunu qazandıqdan sonra Əhməd Salehi partiyanın müavini və vitse-prezident vəzifəsinə təyin etmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir