Qəzzada müqavimət dronları gücünün nümayişi baş tutub + FOTO

Çərşənbə 27 İyul 2022 - 22:03
https://az.iswnews.com/?p=10723

”İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam batalyonları şəhid mühəndis “Mahmud Faris”in anım mərasimində bir neçə dronunu nümayiş etdirib.

İyulun 26-da Qəzza zolağında yerləşən Xan Yunisdə Seyfül-Qüds döyüşündə şəhid olan komandir “Mahmud Faris”in anım mərasimi keçirilib. İslami Müqavimət Hərəkatı HƏMAS-ın liderlərindən Muşir əl-Misri bu mərasimdə bildirib ki, Əl-Qəssam batalyonları “Əbabil” dronunu ilk dəfə olaraq keçən il Seyfül-Qüds döyüşündə nümayiş etdirməklə və onu işğal altındakı Fələstinin üzərində uçurmaqla sionist düşməni təəccübləndirdi və bu dronlar qarşıdakı döyüşlər də düşməni təəccübləndirəcək.

Qeyd edək ki, HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam batalyonları bu mərasimdə Əbabil, Zəvari və Şahab ​​dronları da daxil olmaqla bir sıra dronlarını nümayiş etdirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir