Türkiyənin Mosuldakı konsulluğuna raket hücumu olub

Çərşənbə, 27 İyul 2022 - 21:49
https://az.iswnews.com/?p=10719

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin Neynəva vilayətinin Mosul şəhərindəki konsulluğu naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb.

İyulun 27-də səhər saatlarında Türkiyənin Mosuldakı konsulluğu iki “Katyuşa” raketi ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bu, son 12 saat ərzində Türkiyənin İraqdakı mövqelərinə ikinci hücumdur. Bu hücumdan əvvəl Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumuna məruz qalmışdır.

Daha çox oxuyun:
Türkiyə ordusunun Neynəva vilayətinin şimalındakı bazasına raket hücumu olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.