İraqın müdafiə naziri: Türkiyənin hücumlarına qarşı durmaq və dayandırmaq imkanımız var!

Çərşənbə 27 İyul 2022 - 15:50
https://az.iswnews.com/?p=10697

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, türk ordusunun Dohuk vilayətinə 31 turistin ölümü və yaralanması ilə nəticələnən artilleriya hücumuna Türkiyə, İraq və beynəlxalq mediaların reaksiyaları müxtəlif regional və bölgələrdə hələ də gündəmdədir.

Bu il iyulun 20-də Türkiyə ordusunun artilleriya bölməsi Batifa bölgəsindəki kurort zonasını hədəfə alıb, bu zaman 8 nəfər həlak olub, çoxlu sayda qadın və uşaq da daxil olmaqla 23-dən çox insan yaralanıb. Bu hücum İraq qrupları və xarici hökumətlərin geniş reaksiyasına səbəb olub və indiyə qədər bir çox ölkə bu hücumu pisləyib və qınaqlar hələ də davam edir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Türkiyə ordusunun Şimali İraqa hücumuna qarşı son mövqeyində Türkiyə ordusunun Dohuk vilayətindəki kurort bölgəsinə artilleriya hücumunu qınayıb və İraq hökumətinin bu hücumla bağlı araşdırmalar aparmasına dəstək verib.

BMT Təhlükəsizlik Şurasının bəyanatından sonra İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhhaf Türkiyənin hücumu ilə bağlı İraqın mövqeyini birləşdirmək üçün parlament və hökumət səviyyəsində nazirliyin hərtərəfli səylərini açıqlayıb. Bununla bağlı İraqın müdafiə naziri Cümə İnad bəyan edib ki, İraq ordusu Türkiyə qüvvələri ilə qarşı-qarşıya qalmağa və onları İraq torpaqlarına hücumlarını dayandırmağa məcbur etməyə qadirdir, lakin biz siyasi və diplomatik həll yollarını gözləyirik.

Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Dohuk vilayətinə son hücumun səbəbkarı kimi PKK silahlılarını günahlandırıb və bu hücumun bu qruplaşmanın əsl simasını bir daha ortaya qoyduğunu bildirib. İraqlı hərbi ekspertlər hadisə yerində olduqdan sonra hücumun Türkiyə tərəfindən törədildiyini sübut etdikləri halda Türkiyə prezidenti bu iddia ilə çıxış etmişdir.

Daha çox oxuyun:
Türkiyənin Şimali İraqa hücumuna müxtəlif tərəflərin reaksiyası belə oldu
İraqın şimalındakı turizm bölgəsinə Türkiyənin artilleriya hücumu + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir