Türkiyə Şimali İraqda yeni hərbi baza tikib

Çərşənbə 27 İyul 2022 - 13:39
https://az.iswnews.com/?p=10693

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusu İraqın şimal bölgələrində mövcudluğunu davam etdirərək, İmadiyyə bölgəsi yaxınlığında yeni hərbi baza inşa edib.

Türkiyə ordusu İraqın şimal bölgələrində apardığı təcavüzkar əməliyyatların davamında PKK silahlılarına qarşı mübarizə bəhanəsi ilə Dohuk vilayətinin İmadiyyə ərazisi yaxınlığında yeni hərbi baza inşa edib. Bundan əvvəl Türkiyə ordusu İmadiyyə bölgəsində ən azı 10 hərbi post qurmuşdu.

Türkiyə ordusu bu bazanı bölgəyə davamlı hava hücumlarından sonra və həmçinin helikopterlər vasitəsi ilə hərbi texnika və əsgərlər göndərdikdən sonra inşa edib. Xatırladaq ki, son günlər və Türkiyə ordusunun bir neçə dinc sakinin ölümünə səbəb olan Şimali İraqa artilleriya hücumundan sonra Türkiyə ordusunun İraqın şimalındakı mövqeləri İraq müqavimət dəstələri, o cümlədən “Sərayə Əvliyaud-Dəm” və İslam müqaviməti briqadası “Əhrarul-İraq” tərəfindən dörd dəfə raket və dron hücumlarına məruz qalıb.

Görünən odur ki, Türkiyənin Şimali İraqa son artilleriya hücumundan sonra Türkiyə ilə bu ölkənin şimalında İraq müqavimət dəstələri arasında qarşıdurmanın yeni bir fəsili başlayıb və İraq xalqının Türkiyənin hücumları ilə bağlı geniş narazılığına səbəb olub və bu ölkənin şimalında davam edən işğal, Türkiyə ordusu keçmişinə nisbətən daha çox raket-dron hücumlarının hədəfi olacaq və Türkiyə ordusunun buna cavab olaraq Şimali İraqdakı hərəkatlarını və baza sayını artıracağı gözlənilir.

Daha çox oxuyun:
Şimali İraqda Türkiyə ordusunun bazasına raket hücumu + VİDEO
İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir