Tacikistan İslam Hərəkatı Rusiyanın terrorçu siyahısına daxil oldu!

Çərşənbə 27 İyul 2022 - 06:21
https://az.iswnews.com/?p=10689

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiyanın baş prokuroru Tacikistan prezidenti İmaməli Rəhmanla görüşdən sonra Tacikistan İslam Hərəkatının terror təşkilatı kimi tanınmasını tələb edib.

Rusiyanın baş prokuroru İqor Kersenov paytaxt ِDuşənbə şəhərində Tacikistan prezidenti İmaməli Rəhmanla görüşdə deyib: “Biz Tacikistan İslam Hərəkatına qarşı Rusiya Ali Məhkəməsinə şikayət vermişik”.

Tacikistan İslam Hərəkatı Partiyasının lideri Məhyuddin Kəbiri Rusiyanın Tacikistanla siyasi ortaqlığa ehtiyacına toxunaraq deyib “Bu, bizim üçün heç bir təhlükə yaratmayacaq çünki biz keçmiş sovet ölkələrinin heç birində fəaliyyət göstərmirik və Rusiya hələ də bizi terrorçu elan etməsədə, Rusiyadakı bəzi fəallarımızı hazırda həbsdə olan Tacikistana ekstradisiya edib. Bu iş bizə yeni təhlükə yaratmır, lakin Tacikistan hökuməti bunu özü üçün böyük nailiyyət və qələbə hesab edib, bu işdən təbliğat üçün istifadə edə bilər”.

Kəbiri özünün Twitter səhifəsində başqa bir yazıda deyib: “Rusiyanın baş prokuroru Moskvanın Tacikistanın tələbini qəbul etdiyini və Tacikistan İslam Hərəkatını terror təşkilatı kimi tanıdığını bildirib. Uzun müddət Rusiya Tacikistan hökumətinin bu xahişinə məhəl qoymadı və indi Rəhman hesab edir ki, Kreml hazırda zəif vəziyyətdədir və onlara təzyiq etməyin vaxtı çatıb. Bu yoldan təbliğat və yeni repressiyalar üçün istifadə olunacaq”.

İslam Hərəkatı Partiyası hazırda Məhyuddin Kəbirinin rəhbərlik etdiyi Tacikistanda əsas islamçı partiyadır. Tacikistan vətəndaş müharibəsi zamanı bu partiya İmaməli Rəhman hökumətinə qarşı müxalifətin lideri olub və 2015-ci ildən Tacikistanda terror fəaliyyəti ittihamı ilə mühakimə olunur. Bundan sonra İmaməli Rəhman hökuməti dəfələrlə keçmiş sovet ölkələrindən bu partiyanı terrorçu siyahısına daxil etməyi xahiş etsə də, bu tələb bu ölkələrin heç birindən müsbət cavab almayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir