İraqın şimalında 5 türk hərbiçisi həlak oldu

Çərşənbə axşamı, 26 İyul 2022 - 22:25
https://az.iswnews.com/?p=10684

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha 5 əsgərinin öldürüldüyünü açıqlayıb.

İyulun 25-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu Şimali İraqda bu ölkənin bir əsgəri və dörd təhlükəsizlik qüvvələrinin həlak olduğunu açıqlayıb. O, bununla bağlı ətraflı məlumat verməyib. Həmçinin Türkiyə Müdafiə Nazirliyidə Şimali İraqda şəhid olan hərbiçilərin şəkillərini dərc edib.

Türkiyə Müdafiə Nazirliyi bu şəxslərin “Qıfıl Pəncəsi” əməliyyatı zamanı öldürüldüyünü açıqlasa da, çox güman ki, İraq müqavimət qruplarının bu ölkənin şimalındakı türk hərbi bazalarına son raket və pilotsuz təyyarə hücumları bu əsgərlərin ölümünə səbəb olub.

Daha çox oxuyun:

Şimali İraqda Türkiyə ordusunun bazasına raket hücumu + VİDEO

İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub

Bu il aprelin 18-d’ səhər saatlarında Türkiyənin müdafiə naziri Halusi Akarın əmri ilə Şimali İraqda PKK yaraqlılarına qarşı başlayan “Qıfl Pəncəsi” əməliyyatında 5 türk əsgərinin ölümündən sonra türk itkilərinin sayı artaraq 43-ə çatıb.

İyulun 18-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha iki əsgərinin həlak olduğunu açıqlamışdı.

Daha çox oxuyun: İraqın şimalında 3 türk əsgəri öldürüldü

Şimali İraqda şəhid olan türk əsgərlərinin şəkilləri

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.