Səudiyyə koalisiyası Marib qubernatorunu istefaya göndərir!

Çərşənbə axşamı, 26 İyul 2022 - 17:27
https://az.iswnews.com/?p=10680

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Ali Cabir Sultan əl-Aradanın Marib valisi vəzifəsindən istefasını tələb edib.

Maribdəki yerli mənbələrin xəbərinə görə, Səudiyyə koalisiyasının komandanlığı Yəmənin istefa vermiş hökumətinin prezident şurasının üzvü, Marib valisi Sultan əl-Aradanın vəzifəsindən uzaqlaşdırılması və bu vəzifəyə uyğun bir canişin təyin edilməsi üçün yeni hərəkatlara başlayıb. Bu xəbərə əsasən, Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Ali-Cabir Sultan əl-Aradaya məlumat verib ki, o, Marib valisi vəzifəsindən istefa ərizəsini təqdim etsin və Prezident Şurasının üzvü olmaqla kifayətlənsin. Buna cavab olaraq əl-Arada istefa verməkdən imtina edib və buda, onun Maribdə qalmasına və Ədənə getməməsinə səbəb oldu. Koalisiya həmçinin əl-Aradanı bu vəzifədə qalmaqda israr edərcəyi təqdirdə, onu bütün vəzifələrindən uzaqlaşdırmaqla hədələyib.

Deyilənə görə, Səudiyyə koalisiyasının komandanlığı Tariq Saleh təşkilatının Maribdəki siyasi ofisinin rəhbəri “Diab Bin Maili”ni Sultan əl Aradanın yerinə təyin etməyi nəzərdən tutur.

Əbd Rabbə Mansur Hadinin istefa vermiş Yəmən hökumətinin prezidentliyindən istefa verməsindən sonra onun xələf şurasının üzvləri arasında gərginlik və siyasi rəqabət artıb. İslah Partiyası, Cənub Keçid Şurası, Milli Konqres Partiyası (Tariq Saleh tərəfdarı fraksiyası), sələfilər və s. hər biri bu hakimiyyət uğrundakı mübarizənin bir hissəsidir.

Daha çox oxuyun: Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasında İslahat partiyası müxalifətçilik edir

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.