Şimali İraqda Türkiyə ordusunun bazasına raket hücumu + VİDEO

Bazar ertəsi, 25 İyul 2022 - 15:33
https://az.iswnews.com/?p=10652

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası “Səraya Övliya əl-Dəm” müqavimət qruplaşmasının raket hücumuna məruz qalıb.

İyulun 24-də axşam saatlarında Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zəlkan bölgəsindəki Başika hərbi bazası bir neçə “Qrad” raketi ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” agentliyinin araşdırmalarına görə, bu, cari ilin əvvəlindən bəri Başika hərbi bazasına qarşı 11-ci raket hücumudur.

İyulun 22-də Başika hərbi bazası “Əhrar əl-İraq” İslam müqaviməti briqadası tərəfindən 14 Qrad raketi ilə hədəfə alınıb.

Daha çox oxuyun: İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.