Əl-Əmaləqə qüvvələrinin sələfi komandirinə edilən sui-qəsd uğursuzluqla nəticələnib

Bazar ertəsi, 25 İyul 2022 - 02:52
https://az.iswnews.com/?p=10637

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, əl-Əmaləqə qüvvələrinin Ləhc əyalətində ikinci briqadasının komandiri general-mayor Əzzam əl-Məğribinin öldürülməsi uğursuzluqla nəticələnib.

Naməlum silahlı şəxsin Ləhc əyalətinin Təbən istiqamətində yerləşən Sabr şəhərindəki əl-Səid məscidinə əldəqayırma partlayıcı atması nəticəsində bir nəfər ölüb və bir neçə nəfər yaralanıb. Bu hücum məğrib namazı vaxtı və əl-Əmaləqə qüvvələrinin ikinci briqadasının komandiri general-mayor Əzzam əl-Məğribi əs-Sabihinin məsçiddə iştirakı zamanı baş verib.

Əzzam əl-Məğribi Əl-Məaləqə qüvvələrinin ikinci briqadasına rəhbərlik edən Səudiyyə koalisiyasınınən görkəmli vəhhabi-ekstremist liderlərdən biridir. Yəmənin istefa vermiş hökumətinin prezident şurasının üzvləri arasında siyasi rəqabətin və hərbi münaqişənin artmasından sonra Əl-Məğribi Cənub Keçid Şurasının silahlı üzvləri ilə münaqişə cəbhələrində fəal rol oynayır. Ona görə də çox güman ki, hücum edən şəxs bu hücumu cənubluların əmri ilə həyata keçirib.

Daha çox oxuyun:

Oxucu sualı: Əl-Əmaləqə qüvvələri kimlərdir?

Yəməndə baş verən son hadisələr, 21 İyul 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.