Həccə vilayətinin şimalında baş verən son hadisələr, 10 Fevral 2022

Cümə axşamı 10 Fevral 2022 - 10:39
https://az.iswnews.com/?p=1060

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Həccə vilayətinin şimalında yerləşən Hərəz şəhərinin mühasirəsini sındırmağa müvəffəq olub.

Səudiyyə koalisiyasının Hərəz şəhərinə ağır hücumlarından sonra Ənsarullah iki gün əvvəl, fevralın 8-də şəhərin şərq rayonlarını geri almaq üçün ağır qısa hücumlar təşkil etməyə başlayıb. Bu hücumlar Səudiyyə koalisiyasının Cəbəl Əl-Hisneyn ətrafındakı kəndlərdən və Əl-Məhsam bazasından çıxarılmasına səbəb olub.
Hazırda münaqişə Cəbəl Əl-Hicədə və Cəbəl Əl-Hisneynin cənub cəbhəsində yerləşən Rəvzə, Əl-Qaim və Əl-Kərəs kəndlərində yerləşir.

Ənsarullah döyüşçüsünün Hərəz şəhərinin şərq istiqamətində yerləşən Cəbəl Əl-Hisneynin ətrafında çəkdirdiyi şəkil

Hərəz şəhəri münaqişə başlayandan bəri Səudiyyə koalisiyasının qırıcılarının hava hücumlarının sayı 60-a çatıb. Ənsarullah Hava Hücumundan Müdafiəsi də Səudiyyə hava təchizatları ilə bir neçə mərhələdə hava qarşıdurmalarından sonra 14-cü CH-4 PUA-nı məhv edə bilib.

Ənsarullah Hərəz cəbhəsini qorumaq və gücləndirmək üçün Əl-Məzrəq yolunu və Ahim üçbucağını Səudiyyə koalisiyasının nəzarətindən azad etməlidir. Əks halda, koalisiya qüvvələrinin ara-sıra hücumları Ənsarullah üçün yeni bir məşğuliyyət yarada bilər.

Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 8 Fevral 2022
Həccə əyalətinin şimalında baş verən son hadisələr, 5 fevral 2022-ci il

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir