Qafqazda Rusiya ilə Qərb arasında güclü rəqabət gedir

Şənbə, 23 İyul 2022 - 15:51
https://az.iswnews.com/?p=10574

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri qəfil bir səfərlə Ermənistana gedib və bu ölkənin rəsmiləri ilə görüşüb. Bundan üç gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri də Ermənistana səfər edib. Bölgədə baş verən son prosesləri nəzərə alsaq, Rusiya ilə Amerika arasında siyasi və hərbi rəqabətin daha çox Qafqaza yönəldiyi görünür.

MKİ rəhbərinin Ermənistana səfəri

Cümə günü (15 iyul) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Vilyam Börns əvvəlcədən xəbərdarlıq etmədən Ermənistana səfər edib. Bu barədə Sputnik xəbər agentliyi məlumat yayıb. Börns-in baş nazir Nikol Paşinyan və yüksək rütbəli Ermənistan rəsmiləri ilə görüşünün təfərrüatları barədə heç bir məlumat verilmir.

Rusiya MKİ rəhbərinin İrəvanda olmasından narahatdır

Amerika MKİ rəhbərinin Ermənistana səfərindən 3 gün sonra Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin Ermənistana səfər edib. Bazar ertəsi, iyulun 18-də Sergey Narışkin baş nazir və Ermənistan rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Rusiya Xarici Kəşfiyyat İdarəsi rəhbərinin Ermənistan paytaxtı İrəvana səfəri çox mühüm qiymətləndirilir. Bu görüşlərin təfərrüatlarıda məlum deyil. Media bu görüşü Rusiyanın reaksiyası və Amerika təhlükəsizlik təşkilatlarının Ermənistana nüfuzundan narahatlığı kimi qiymətləndirir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Gürcüstanın paytaxtı Tbilisidə görüşüb və müzakirələr aparıblar. Bu görüşdə hər iki tərəfin problemlərinin geniş spektri müzakirə olunub. Sərhədlərin müəyyənləşdirilməsi, Azərbaycandan Naxçıvana çıxış yollarının yenidən açılması, Ermənistan ordusunun Dağlıq Qarabağda qalan qüvvələrinin çıxarılması tarixi, Azərbaycandakı erməni hərbi əsirlərin taleyi və bu bölgədəki ermənilərin taleyi də müzakirə olunan məsələlər sırasında olub. Bu danışıqların qarşısında duran ən mühüm məsələ Ermənistanın cənubundakı Zəngəzur dəhlizidir ki, bu da Azərbaycanın Ermənistan tərəfdən münasibətlərin normallaşması üçün əsas tələbidir.

Bu, ikinci Qarabağ müharibəsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür. ABŞ dövlət katibi Antoni Blinkenin tviter səhifəsində bu görüşü müsbət dəyərləndirməsi iki ölkə arasında uzlaşmanın ABŞ üçün nə qədər dəyərli olduğunu göstərir.

Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılma tarixi elan edildi

Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bəyan edib ki, Ermənistan ordusunun qalan qüvvələri və erməni milisləri Dağlıq Qarabağda (Naqorno Karabax/Artsax) öz tabeliyində olan əraziləri bu il sentyabrın sonu (yayın sonu) tərk edəcəklər.

Ermənistan ordusunun geri çəkilmə tarixinin açıqlanması hazırki Ermənistan hökumətinin rəsmilərini və bu regionun əhalisini narahat edib.

Qarabağda böyük qayıdış layihəsi

Çərşənbə axşamı (19 iyul) Azərbaycan hökuməti 58 Qarabağ müharibəsi qaçqınının İranla həmsərhəd Zəngilan rayonuna köçürülməsinə başlayıb. Azərbaycan hökuməti bu rayonun iki kəndindən 41 ailənin öz evlərinə qayıdacağına söz verib və bu layihəni Böyük Qayıdış adlandırıb. Geri dönənlərin məskunlaşdıqları yer də İsrail şirkətlərinin yenidən qurduğu ağıllı kəndlərdir.

Təxminən 30 min nəfər əhalisi olan Zəngilan Ermənistan və İranla həmsərhəddir və Dağlıq Qarabağın cənub-qərbində yerləşir. Qeyd edək ki, bu ərazi 1993-cü il müharibəsi zamanı dəstək qüvvələri tamamilə kəsildikdən sonra Ermənistan ordusu və erməni milisləri tərəfindən mühasirəyə alınmışdı. Azəri müdafiəçiləri və xalqı bir neçə ay İranın köməyilə davam gətirə bilmişdi. Müdafiəçilərin mövqeləri yarıldıqdan sonra azərbaycanlı mülki şəxslər, milislər və əsgərlər İran İslam Respublikası Ordusunun artilleriya dəstəyi ilə Araz çayını keçərək İrana daxil olmuşdular.

Azərbaycanın Rusiyaya enerji şoku

Azərbaycan yeni ildə Avropa İttifaqı ilə ilk enerji müqaviləsini imzalayıb. Qaz müqaviləsini Avropa Komissiyasının Almaniyalı prezidenti xanım Orzola Vonderleyn Azərbaycanın paytaxtı Bakıya səfəri zamanı imzalayıb. Bu sazişə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını ildə 20 milyard kubmetrə çatdıracaq. Avropa İttifaqı 2020-ci ildən etibarən Azərbaycandan hər il 10 milyard kubmetr qaz idxal edir. Bu miqdardan əlavə Bolqarıstan da Azərbaycan qazının bir milyard yarım kubmetrinin alıcısıdır.

Azərbaycanın qaz ixracının artması Rusiya Federasiyasının qaz ixracı üçün həyəcan təbili çalıb. Rusiya hər il Avropa İttifaqına 60 milyard kubmetr qaz ixrac edir və Azərbaycanın bu hərəkəti rusların Avropa İttifaqı bazarındakı payının üçdə birini əldə etməsi kimi qiymətləndirilir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.