Dəyalidə Həşd-Şəəbi qüvvələrinin paradı + FOTO

Şənbə 23 İyul 2022 - 13:53
https://az.iswnews.com/?p=10564

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Həşd-Şəəbi Təşkilatının yaradılmasının 8-ci ildönümü Şəhid Əbu Muntəzər əl-Məhəmmədavinin (keçmiş Əşrəf) Dəyali vilayətindəki düşərgəsində ölkənin hərbi komandirləri və rəsmilərinin iştirakı ilə xüsusi mərasim və paradla keçirilib.

İyulun 23-də səhər saatlarında İraqın baş naziri və İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mustafa əl-Kazimi, Həşd-Şəəbi komandirləri və İraq rəsmilərinin iştirakı ilə Həşd-Şəəbi təşkilatının yaradılmasının 8-ci il dönümü münasibətilə Dəyali əyalətində yerləşən Şəhid Əbu Muntəzir əl-Məhəmmədavi düşərgəsində İraq Silahlı Qüvvələrinin və Həşd-Şəəbi Təşkilatı qüvvələrinin parad mərasimi keçirilib.

Bugünkü paradın maraqlı məqamları arasında 106 topla silahlanmış “Səfir” ciplərinin və İran İslam Respublikasının istehsalı olan “Dəhlaviyyə” zirehli raketlərinin olmasını qeyd etmək olar. Həmçinin, bugünkü paradda Həşd-Şəəbi təşkilatına məxsus “əl-Əbhar” zirehli texnikası ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.

106 topla silahlanmış “Səfir” cipləri və İran İslam Respublikası istehsalı olan “Dəhləviyyə” zirehli raketləri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir