Səudiyyə koalisiyasının Yəməndə on dördüncü CH-4 PUA-sı məhv edildi

Cümə axşamı 10 Fevral 2022 - 08:02
https://az.iswnews.com/?p=1055

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Səudiyyə koalisiyasına məxsus on dördüncü CH-4 PUA-nı Həccə əyalətinin şimalında yerləşən Hərəz şəhəri səmasında məhv edib.

Səudiyyə koalisiyasının Həccə əyalətinin şimalındakı Hərəz şəhərinin işğalı üçün keçirdiyi ağır əməliyyat zamanı bu cəbhədəki Ənsarullah hava hücumundan müdafiə qüvvələri Səudiyyə koalisiyasına məxsus CH-4 (Çin istehsalı) PUA-nı məhv edib.
Son günlər Səudiyyə koalisiyasının hava təchizatlarının ağır hücumları Həccin şimal cəbhəsində böyük təzyiqlər yaradıb və buna ancaq Ənsarullah hava hücumundan müdafiə qüvvələrinin dəstəyi ilə qarşı çıxmaq olar.

Qeyd edək ki, Ənsarullah Yəmən müharibəsi başlayandan bəri 14 CH-4 PUA-nı məhv edib. Bu PUA Çin istehsalıdır və Amerikanın MQ-9 PUA-sına bənzəyir, 250 kq bomba daşıya və 40 saata qədər uça bilir və 5000 km-ə qədər məsafə qət edə bilir.

Daha çox oxuyun:

İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir