BƏƏ və Fransa Yəmənin qaz ehtiyatlarını talamaq üçün müqavilə bağlayıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayidin Fransaya səfəri zamanı Belhaf limanında maye qaz qurğularının yenidən işə salınması ilə bağlı müqavilə imzalanıb.
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayid Ali Nəhyanın iyulun 18-də Fransaya səfərindən sonra “Total” şirkəti ilə Əbu-Dabi Milli Neft Şirkəti arasında Fransa enerjisinin zəmanətli tədarükü haqqında saziş imzalanıb. Bu sazişin maddələri arasında Yəmənin cənub sahilindəki Belhaf limanında maye qaz (LNG) qurğularının işə salınması və çıxarılması da var. Belhafdakı yerli mənbələrin bildirdiyinə görə, bu şirkət işçilərinə işə qayıtmaq üçün bildirişlər verib, lakin fəaliyyətini bərpa etmək üçün bir tarix göstərməyib.
Qeyd edək ki, Şəbva əyalətindəki Belhaf limanı qaz qurğusu 6,7 milyon ton maye qaz hasil etmək gücünə malikdir və onun səhmlərinin 39%-i Fransanın Total şirkəti tərəfindən alınıb. Belhaf ətrafında Səudiyyə koalisiyasının qüvvələri arasında toqquşmaların başlaması ilə bu obyektlərin bəzi hissələrinin fəaliyyəti dayandırıldı, lakin BƏƏ Yəmənin işğal olunmuş ərazilərinin resurslarını Səudiyyə Ərəbistanı ilə bölüşdürərək Belhafa nəzarəti ələ keçirdi və bu kritik məqamda münaqişələrə son qoydu.
Fransa ilə BƏƏ arasında əlaqələr son illərdə xüsusilə hərbi və enerji sahələrində əhəmiyyətli irəliləyiş əldə edib. Bu münasibətlər Ukrayna müharibəsinin başlaması ilə yeni mərhələyə qədəm qoyub və Fransa Rusiyanın enerji mənbələrini əvəz etmək üçün BƏƏ-yə üz tutub.
Daha çox oxuyun:
Yəmən sahillərində Çin neft tankerlərinin talan etməsi
Rəy