Yəmən sahillərində Çin neft tankerlərinin talan etməsi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Çin tankeri Yəmənin işğal olunmuş bölgələrinin limanlarından neft yükləmək üçün ikinci dəfə Həzərmut vilayətinin sahilindəki Əl-Şəhr limanına daxil olub.
Yəmənin Neft Nazirliyinin məlumatına görə, Çinin APOLYTARES tankeri Səudiyyənin işğalı altında olan şərq əyalətlərindəki neft yataqlarından neft yükləmək üçün Həzərmut vilayətinin sahilindəki Əl-Şəhr limanına daxil olub.
Bu, ikinci dəfədir ki, Çin tankerləri xam nefti talamaq üçün Yəmənin cənub sahillərinə daxil olur. APOLYTARES tankeri həmçinin aprelin 10-da Əl-Şəhr limanına daxil olaraq Çinin Coşan limanına 251 milyon dollar dəyərində 2375090 barel neft nəql edib.
Bu hesabla, çinlilər indiyədək Səudiyyə və BƏƏ vasitəçiliyi ilə təxminən 5 milyon barel Yəmən neftini talayıb və pulu aşağı qiymətə istefa vermiş və qeyri-qanuni Yəmən hökumətinə təhvil veriblər. Yəmən Neft Nazirliyinin məlumatına görə, bu məbləğ bütün yəmənli işçilərin iki aydan çox maaşlarını ödəməyə kifayət edir!
Çinin Yəmən müharibəsində Səudiyyə Ərəbistanı və BƏƏ-yə verdiyi dəstək yalnız neft alışı ilə məhdudlaşmayıb və son illərdə CH-4, Winglong 1 və 2 kəşfiyyat və döyüş PUA-larının təhvil verilməsidə gündəmdədir.
Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 29 May 2022
İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət
Rəy