Şəhid Abbas Duran

Cümə 22 İyul 2022 - 02:57
https://az.iswnews.com/?p=10504

İmam Xamenei (Allah onu qorusun): Şəhid Duranın hekayəsini kitablarda oxusaydıq və ya bu gün kimsə oxuyarsa, yəqin ki, əfsanə olduğunu zənn edər.

Müharibədən əvvəl və Havanadakı Qoşulmama sammitində Səddam Hüseyn sülhməramlı jestini göstərmək məqsədilə növbəti sammit üçün Bağdadı qəbul etmişdi. O, iranlı pilotları qorxaq adlandıraraq demişdi: “Heç bir iranlı pilot iclası pozmaq üçün Bağdad səmasına yaxınlaşmağa cürət etmir”. 21 iyul 1982-ci ildə bu əməliyyat üçün üç döyüş təyyarəsi ilə altı hava qüvvələri pilotu hazırlanmışdı ki, onlardan biri də Şəhid Abbas Duran idi. Bundan əvvəl Duran, əl-Amiyə və əl-Bəkr limanlarının məhvinə səbəb olan Mirvari əməliyyatı da daxil olmaqla, təxminən 120 uğurlu hava bombardmanı həyata kecirmişdi.

Onların Bağdad əməliyyatındakı missiyasi əl-Dəvra neft emalı zavodunu, Bağdad atom elektrik stansiyasını, əl-Rəşid bazasını və Qoşulmama sammitinin otel binasını bombalamaq idi. Əməliyyatın son mərhələsində Şəhid Duranın qırıcısı bir neçə zenit gülləsinə tuş gəlir. Bu zaman arxa kabinənin pilotu Mənsur Kazimiyan (ehtimal ki, yanğın oturacağa çatdığından) avtomatik olaraq çölə atılır. Lakin Abbas Duran təcili çıxışa məhəl qoymayaraq, Bağdad şəhərinin təhlükəsiz olmadığını göstərmək üçün, yanan fantom qırıcısını Qoşulmama Hərəkatının yeddinci sammitinin keçirildiyi otel binasına çırpır və Bağdadda görüşün keçirilməsinə mane olur. 20 ildən sonra bu əfsanəvi şəhidin cənazəsi 2002-ci ilin iyul ayında vətənə gətirilərək doğulduğu Şiraz şəhərində dəfn edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir