Taliban əleyhinə silahlı qruplar öz mövcudluqlarını elan etdilər

Cümə axşamı, 10 Fevral 2022 - 01:26
https://az.iswnews.com/?p=1050

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Talibana qarşı iki qrup, Əfqanıstan Azadlıq Cəbhəsi və Türküstan Azadlıq Pələngləri öz mövcudluqlarını elan etdilər.

Çərşənbə axşamı, fevralın 8-də naməlum silahlı şəxslər Şibirqan şəhərinin Qaraqint məhəlləsində Taliban nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum nəticəsində 4 Taliban üzvü öldürülüb, daha ikisi yaralanıb.
Qarşıdurmanın sonunda naməlum silahlı şəxslər keçid məntəqəsinin divarına “Yaşasın Türküstan Azadlıq Pələngləri” sözlərini yazıb və ərazidən qaçıblar.

Türküstan Azadlıq Pələngləri Əfqanıstanın şimalında Talibana qarşı fəaliyyət göstərən ikinci silahlı qrupdur.
Bu il fevralın 4-də “Əfqanıstan Azadlıq Cəbhəsi” adlı başqa bir silahlı qrup öz mövcudluqlarına dair video paylaşmışdılar. Qrup əsas məqsədinin Talibanla mübarizə və Əfqanıstanın məzlum xalqını müdafiə etmək olduğunu bildirib.
Son araşdırmalara görə, bu qruplaşmalar Əfqanıstanın şimal əyalətlərində fəaliyyət göstərir və “Əhməd Məsud” qüvvələri ilə hər hansı əlaqəni inkar edirlər.

Bu qrupların adlarını və mövqelərini nəzərə alsaq, “Əfqanıstan Azadlıq Cəbhəsi”nin Rusiya və Tacikistanla, “Türküstan Azadlıq Pələngləri”nin isə Türkiyə xüsusi xidmət orqanları ilə əlaqəli olduğu görünür.
Digər tərəfdən ABŞ Əfqanıstanda çoxlu silah və sursat qoyub və gedib. Həmçinin etnik və dini qüsurlardan istifadə edərək sonsuz müharibə mexanizmini işə salmaq niyyətindədir. Belə ki, İŞİD və digər köhnə və yeni qrupların yaradılması ilə Əfqanıstan vətəndaş müharibəsi layihəsi hələ də davam edir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.