Rusiya Huməymim bazasına yönələn dron hücumunu zərərsizləşdirib

Cümə axşamı 21 İyul 2022 - 23:38
https://az.iswnews.com/?p=10497

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Laziqiyyə əyalətindəki Huməymim bazasına havada hücum edən iki pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

İyulun 20-də Rusiyanın Suriyadakı qüvvələrinin sözçüsü elan edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bu gün günortadan sonra Huməymim aviabazasının yaxınlığında iki dronu vurub. Bu hücum itki və dağıntılara səbəb olmayıb. Bu rus hərbi rəsmisi terror təşkilatlarının dronlardan istifadə edərək Huməymim bazasına hücum cəhdlərini davam etdirdiyini vurğulayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir