Ənsarullah: Sülh və atəşkəslə bağlı problemimiz yoxdur, lakin xalqımızın mənafeyini regional məsələlərə qurban verməyəcəyik!

Cümə axşamı 21 İyul 2022 - 12:05
https://az.iswnews.com/?p=10471

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar komitəsinin rəhbəri Məhəmməd Əbdüssalam Yəməndə atəşkəsin naqis yerinə yetirilməsini kəskin tənqid edib.

Məhəmməd ƏbdüsSalam əl-Məsirə kanalına verdiyi müsahibəsində Səudiyyə koalisiyasının atəşkəs razılaşmasındakı öhdəliklərinin yerinə yetirilməməsini tənqid edib və deyib: “Bu son atəşkəs elan edildikdən sonra bütün hərbi əməliyyatlarımız dayandı, lakin düşmənin casus uçuşları və hava hücumları hələdə davam edir.

İndiyədək Səna hava limanına 32 reys edilməli idisə, cəmi 18 reys yerinə yetirilib. Qahirədən Sənaya uçan təyyarə boş idi və bu, atəşkəsin böyük pozulması idi. Biz 36 gəminin əl-Hudəydə limanına daxil olması barədə razılığa gəlmişdik, ancaq 24 gəmi gəlib. Həmçinin, üç gəmi saxlanılıb və bəzi gəmilər əl-Hudəydəyə 21 gün gec gəlib.

Biz Taizdə üç marşrutun yenidən açılması planlarını irəli sürdük, lakin qarşı tərəfin müxalifəti Taizdə hərtərəfli və daimi atəşkəsin yaradılmasına mane olur. Biz Ramazan ayından əvvəl Omanın vasitəçiliyi ilə koalisiyaya daxil olan ölkələrlə siyasi danışıqlar aparmaq üçün atəşkəs planı təklif etdik, lakin onlar buna qarşı çıxdılar.

Bizim sülh və atəşkəslə bağlı problemimiz yoxdur, lakin regional məsələlər qarşı tərəfin mövqelərinə təsir edir və biz xalqımızın maraqlarını regional məsələlərə qurban vermirik.

Humanitar məsələlərdə qarşı tərəfin nümayəndəsi və müəyyən bir fikri yoxdur və əsirlərlə bağlı danışıqlar aparmaq üçün komissiya təşkil edə bilmir. Səudiyyə Ərəbistanı və BƏƏ öz əsirlərini, Marib və Taiz qrupları isə öz əsirlərini düşünür!

Birləşmiş Millətlər Təşkilatı həll yolu tapmağa qadir deyil və qarşı tərəf Yəmən xalqını əzmək istəyir! Ona görə də biz mühasirənin davam etməsini qəbul edə bilmərik”.

Yəməndə müvəqqəti atəşkəs bu il aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə başlayıb və iyun ayında tərəflərin razılığı ilə iki ay uzadılıb. Bu müddət avqustun 2-də başa çatır və Səudiyyə koalisiyası tərəfindən atəşkəs rejiminin davamlı pozulması, eləcə də əsirlərin mübadiləsi və yolların açılması ilə bağlı danışıqların nəticəsiz qalması atəşkəsin yenilənməsi ehtimalının zəif olduğunu göstərir. Bundan əlavə, Yəmənin Ali Siyasi Şurası son bəyanatında atəşkəsin uzadılması üçün mövcud şərtləri məyusedici və təkrarolunmaz adlandırıb.

Daha çox oxuyun:

Yəməndə baş verən son hadislər, 13 İyul 2022

Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir