Mali Vətəndaş müharibəsindən ən son xəbərlər, 20 İyul 2022
![](https://az.iswnews.com/wp-content/uploads/2022/07/Talataye-FA-2048x1382-1.jpg)
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması Malinin şərqində rusiyalı müşavirlərin kəşfiyyat dronunu vurub.
İŞİD terror qruplaşmasının son bəyanatına əsasən, iyulun 18-də bu qruplaşmanın yaraqlıları Malinin şərqində yerləşən Manaka əyalətində rusiyalı müşavirlərə (Vaqner kimi tanınan) məxsus Orlan-10 kəşfiyyat dronunu vurublar. Bu bəyanatda İŞİD son günlər Afrikada baş verən son qarşıdurmaları xatırladıb və həmçinin Mali, Niger və Burkina-Fasonun şimalındakı hərbi bazalara qarşı son hücumların məsuliyyətini öz üzərinə götürüb.
Mali, Burkina-Faso və Nigerdə İŞİD-in son hücumları nəticəsində 6 maşın məhv edilib, Burkina-Fasoda 17 əsgər öldürülüb, Azavad hərəkatının 2 üzvü əsir götürülüb, Nüsrətül-İslam və Müslimin qruplaşmasının 11 üzvü isə İŞİD-ə qoşulub.
Bu bəyanat İŞİD yaraqlılarının Nüsrətül-İslam və Müslimin yaraqlıları ilə son toqquşmalarda məğlub olduqları və Qao vilayətinin şərqindəki Enazul və Təlatəyə bölgələrinin nəzarətini onlara təhvil verdikləri bir vaxtda verilib.
Daha çox oxuyun:
Malidə baş verən son hadisələr, 23 İyun 2022
![](https://az.iswnews.com/wp-content/uploads/2022/07/Orlan-10-in-mali-1-1024x576.jpg)
![](https://az.iswnews.com/wp-content/uploads/2022/07/Orlan-10-in-mali-2-1024x576.jpg)
İŞİD-in Malinin şərqində vurduğu “Orlan 10” dronunun qalıqlarının görüntüləri
Rəy