İmam Xamenei Putinlə görüşdə: Amerikalılar Suriyada Fəratın şərqindəki ərazini tərk etməlidir

Çərşənbə 20 İyul 2022 - 23:26
https://az.iswnews.com/?p=10443

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bugün günortadan sonra İslam İnqilabının Rəhbəri İmam Xamenei ilə görüşərək ikitərəfli məsələlər, Qərbi Asiya və Avropa regionu barədə müzakirələr aparıb.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei iyulun 19-da günortadan sonra Rusiya prezidenti cənab Vladimir Putin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında anlaşma və müqavilələrin fəaliyyətə başlamasının zəruriliyini vurğulayıb. İmam Xamenei bu görüşdə qlobal hadisələrdə və Qərbin sanksiyalarına qarşı mübarizədə İran və Rusiya arasında artan və qarşılıqlı əməkdaşlığın zəruriliyinə toxunaraq əlavə edib: “İki ölkə arasında neft-qaz sektoru da daxil olmaqla bir çox anlaşma və müqavilələr mövcuddur ki, sona qədər araşdırılmalı və həyata keçirilməlidir. Zati-aliləri və Prezidentimiz, hər ikiniz işinizin əhlisiz, ona görə də bu dövrdə iki ölkə arasındakı əməkdaşlıq pik həddə çatmalıdır”. O, Rusiya prezidentinin Rəşt-Astara dəmir yolu xəttinin işə salınmasının zəruriliyi ilə bağlı dediklərini təsdiqlədikdən sonra, bu işin Şimal-Cənub nəqliyyat xəttinin tamamlanmasında və hər iki ölkə üçün faydalı olacağını bildirib.

İmam Xamenei Ukrayna hadisələri ilə bağlı deyib: “Müharibə sərt və çətin bir məsələdir və İslam Respublikası sadə insanların bundan əziyyət çəkməsindən qətiyyən məmnun deyil, amma Ukrayna məsələsində əgər siz addım atmasaydız, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə səbəb olacaqdı. Qərblilər güclü və müstəqil Rusiyanın tamamilə əleyhinədir. NATO təhlükəli bir qurumdur və onlar qarşılarında maneə görməsələr, heç bir sərhəd tanımazlar və Ukraynada onların qarşısı alınmasaydı, bir müddət sonra Krımı bəhanə edərək həmin müharibəyə başlayardılar. Təbii ki, bu gün Amerika və Qərb əvvəlkindən daha zəifdir və böyük səy və xərclərə baxmayaraq, onların regionumuzda, o cümlədən Suriya, İraq, Livan və Fələstində apardıqları siyasətin uğurları xeyli azalıb.

Qərbin məkrlərinə qarşı ayıq olmaq lazımdır. Amerikalılar həm təcavüzkar, həm də hiyləgərdir və keçmiş Sovet İttifaqının dağılmasına səbəb olan amillərdən biri də Amerika siyasətinə aldanmaq idi, təbii ki, Zati-alilərinin dövrünüzdə Rusiya öz müstəqilliyini qoruyub saxlamışdır”.

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei sionist rejimin regional işlərə qarışmasını pisləyib və Rusiya prezidentinin sionistlərə qarşı son mövqeyini təqdirəlayiq adlandırıb və İslam Respublikasının Suriyaya hərbi hücuma qarşı çıxmaq mövqeyini və bunun qarşısının alınmasının vacibliyini vurğulayaraq, deyib: “Suriyada digər mühüm bir məsələ Fəratın şərqindəki münbit və neftlə zəngin ərazilərin amerikalılar tərəfindən işğal edilməsidir ki, bu da onların həmin ərazidən qovulması ilə həll olunmalıdır.

O, daha sonra vurğulayıb: İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara səssiz qalmayacaq”.

İmam Xamenei də iki ölkə arasındakı əlaqələrdə milli valyutaların dəyişdirilməsi və dollar əvəzinə başqa valyutaların istifadə edilməsi siyasətini təsdiqləyərək, deyib: “Dolları tədricən qlobal əməliyyatlardan çıxarmaq lazımdır və bunun icrası zamanla mümkündür”.

Bu görüşdə Vladimir Putin də Ukraynadakı müharibə haqqında danışıb: “Heç kim müharibənin tərəfdarı deyil və sadə insanların həyatını itirməsi böyük faciədir, lakin Qərbin davranışı bizə reaksiya verməkdən başqa bir yol buraxmadı”.

O, Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının faktorlarını və köklərini, xüsusən də son illərdə Qərb və ABŞ-ın təxribat xarakterli hərəkətlərini sadalayaraq, Ukraynadakı çevriliş, o cümlədən NATO-nun genişlənmə siyasəti, Rusiyaya qarşı irəliləyişdən yayınmaq üçün əvvəlki öhdəliklərinə baxmayaraq, o, deyib: “Bəzi Avropa ölkələri Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğumuzu söylədi, lakin Amerikanın təzyiqi ilə buna razılaşdıq ki, bu da onların suverenlik və müstəqillikdən məhrum olduğunu göstərir”.

Rusiya prezidenti Sərdar Süleymaninin öldürülməsini Amerikalıların şeytənətinin növbəti nümunəsi hesab edib və çıxışının başqa bir hissəsində Qərbin Rusiyaya qarşı sanksiyalarına toxunaraq deyib: “Bu sanksiyalar Qərbin zərərinədir və nəticədə neft qiymətlərinin artması və ərzaq təchizatı böhranı kimi problemlər yaranacaq. Amerika embarqo və digər ölkələri talan etmək üçün dollardan sui-istifadə edir və bu, son nəticədə onlara zərər verir və bu valyutaya qlobal inamı zəiflədir. Həmçinin ölkələr alternativ valyutalardan istifadə etməyə hazırlaşır və biz iki ölkə arasındakı münasibətlərdə milli valyutalardan istifadənin yeni metodlarını layihələşdiririk”.

Rusiya prezidenti Inqilab Liderinin Qafqaz regionu ilə bağlı mövqelərini təsdiqləyib və Suriya məsələsində iki ölkənin mövqelərini, o cümlədən bu ölkənin şimalına hərbi hücuma qarşı müxalifəti bir-birinə tamamilə uyğun adlandırıb ve deyib: “Fəratın şərqindəki bölgə Suriya hərbi qüvvələrinin nəzarətində olmalıdır. İran və Rusiya Suriyada terrora qarşı birgə mübarizə aparır və hərbi sahədə də iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə və Çinlədə üçtərəfli əməkdaşlıq və manevrləri genişləndirməyə çalışırıq”.

Rusiya prezidentinin İslam İnqilabının Rəhbəri ilə görüşündən digər şəkillər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir