Fələstində baş verən son hadisələr, 19 İyul 2022

Çərşənbə, 20 İyul 2022 - 15:15
https://az.iswnews.com/?p=10440

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sionist Ordunun Baş Qərargah rəisi Aviv Koxavi Daxili Cəbhə Komandanlığının keçmiş və yeni rəhbərlərinin andiçmə və təqdimat mərasimində bəyan edib ki, İranın nüvə proqramına qarşı hərbi planın hazırlanması İsrailin daxili təhlükəsizliyi üçün mühüm və zəruridir.

– Sionist rejimin Hərbi Nazirliyi, işğal altındakı Qüds bələdiyyəsi və bəzi yəhudi qurumları təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün radikal sionist sakinlərdən ibarət silahlı dəstələrin yaradıldığını elan ediblər.

– İyulun 18-də İsrail ordusu işğal olunmuş Fələstin sərhədlərində Livan Hizbullahına məxsus Kvadokopter dronunu vurduğunu iddia edib.

– İsrail baş naziri Yair Lapid bildirib ki, istənilən İsrail polisi Fələstinlilərdən təhlükə hiss etdiyində onlara atəş aça bilər.

– İyulun 19-da İsrail ordusu əl-Nəqb səhrasında yerləşən Fələstinin Əl-Əraqib kəndini ardıcıl olaraq 204 dəfə dağıdıb.

– Ötən 24 saat ərzində 11 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

– Fələstinin Parisdəki səfiri iyulun 19-da Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasın Fransaya səfərini açıqlayıb.

– Sionist Ordunun Baş Qərargah rəisi Aviv Koxavi Daxili Cəbhə Komandanlığının keçmiş və yeni rəhbərlərinin andiçmə və təqdimat mərasimində bəyan edib ki, İranın nüvə proqramına qarşı hərbi planın hazırlanması İsrailin daxili təhlükəsizliyi üçün mühüm və zəruridir.

– İbrani dilli “Yediot Əhronot” qəzeti “Likvid” partiyasının daxili seçkilərinin keçirilməyəcəyini və Benyamin Netanyahunun bu partiyanın lideri olaraq qalacağını bildirib.

– İyulun 19-da İsrail hərbiçiləri İordan çayının qərb sahilində yerləşən Erihanın cənub-qərbindəki Əqəbə Cəbr düşərgəsində bir Fələstin vətəndaşının evini dağıdıblar.

– İyulun 18-də çoxlu sayda mərakeşli fəal Sionist Ordusunun Baş Qərargah rəisi Əviv Koxavinin bu ölkəyə səfərinə etiraz edib.

– İyulun 19-da İbrani mediası Qəzza zolağının şimalında sionistlərin “Netyo Həsrə” qəsəbəsinə doğru atışma xəbəri yayıb. Bu hücum maddi ziyana səbəb olub.

– İyulun 19-da İsrail ordusu sionistlərin “Netyo Həsrə” qəsəbəsinə doğru atışma hadisəsinə cavab olaraq Qəzza zolağının şimalında Fələstin müqavimətinin müşahidə qülləsini hədəfə alıb.

– İyulun 19-da Livanın cənubunda yerləşən əl-Vəzani bölgəsində sionist rejim ordusuna məxsus Kvadokopter dronu Hizbullah qüvvələri tərəfindən vurulub.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.