İmam Xamenei Ərdoğanla görüşdə: Suriyanın şimalında hər hansı bir hərbi hücum mütləq şəkildə Türkiyə, Suriya və bütün region üçün zərərli olacaq.

Çərşənbə 20 İyul 2022 - 11:53
https://az.iswnews.com/?p=10437

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün günortadan sonra İslam İnqilabının Rəhbəri İmam Xamenei ilə görüşərək ikitərəfli və regional məsələləri müzakirə edib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei (Allah onu qorusun) bu gün, iyulun 19-u günortadan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək ikitərəfli və regional məsələləri müzakirə edib. İnqilab Rəhbəri iki ölkə arasında xüsusilə ticarət sahəsində əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayaraq, iki ölkə arasında mövcud olan iqtisadi mübadilənin həcmini mövcud imkanlardan qat-qat az adlandırıb və vurğulayıb: “Bu məsələ prezidentlər arasında danışıqlarda həllini tapmalıdır”.

O, daha sonra regionda baş verən proseslərə işarə edərək, sionist rejimi İslam ölkələri arasında ixtilafın əsas səbəblərindən biri kimi qeyd edib və vurğulayıb ki, Amerika və qəsbkar rejim Fələstinlilərin dərin hərəkatını dayandıra bilməz və bəzi hökumətlərin sionist rejimə xoş münasibət bəsləmələrinə baxmayaraq, əksər xalqlar bu qəsbkar rejimlə kökündən müxalifdirlər.

İmam Xamenei Suriyanın şimalında baş verən son hadisələr və Türkiyənin hərbi hücumu ilə bağlı xəbərlər barədə deyib: “Suriyanın ərazi bütövlüyünün qorunması çox mühümdür və Suriyanın şimalında hər hansı bir hərbi hücum mütləq şəkildə Türkiyə, Suriya və bütün bölgənin zərərinə, terrorçuların isə xeyirinə olacaq və Suriya hökumətindən gözlənilən siyasi hərəkət də reallaşmayacaq. Terrorizmlə gərək mübarizə aparılsın, lakin Suriyada hərbi hücum terrorçuların xeyrinə olacaq və təbii ki, terrorçular konkret bir qrupla məhdudlaşmırlar”.

İslam İnqilabının Rəhbəri Türkiyə prezidentinin İranın terror qruplaşmaları ilə mübarizədə əməkdaşlıq tələbinə cavab olaraq deyib: “Terrorla mübarizədə şübhəsiz ki, sizinlə əməkdaşlıq edirik. Biz Türkiyə və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik, siz də Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyiniz hesab edin. Suriya məsələləri danışıqlar yolu ilə həll edilməli və İran, Türkiyə, Suriya və Rusiya dialoq yolu ilə bu məsələyə son qoymalıdır. Biz hər zaman sizin hökumətinizi daxili məsələlərdə və müdaxiləyə qarşı müdafiə etmişik və dediyiniz kimi, çətin günlərin dostuyuq və müsəlman Türkiyə xalqı üçün dua edirik”.

İmam Xamenei daha sonra Qafqaz regionu məsələlərinə toxunaraq deyib: “Qarabağın Azərbaycana qaytarılmasından məmnunuq. Təbii ki, İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti ortaya çıxarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik bir əlaqə yoludur”.

Türkiyə prezidenti Qurban və Qədir Xum bayramlarını təbrik edib və İslam ümmətinin birləşməsini və İran və Türkiyə arasında həmrəyliyin artırılmasını zəruri hesab edərək deyib: “Türkiyə İrana qarşı vəhşiliklər qarşısında heç vaxt susmayıb və İran və Türkiyənin qardaşlığı bütün sahələrdə genişlənməlidir. Biz həmişə İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olmuşuq və olacağıq. Suriyada terror qruplaşmaları Almaniya, İngiltərə, Fransa və xüsusilə Amerika kimi Qərb ölkələrindən ağır silahlarla dəstəklənir. Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik. Astana sammitində Suriya məsələsi əsas gündəmdədir və yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik”.

Daha çox oxuyun:

Ərdoğanın Hələbin şimalına hücumu; İran və Suriyanın reaksiyasını gözləyirik!

Məqalə: Suriyanın şimalında Türkiyənin mümkün əməliyyatları haqqında araşdırma

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir