Ərdoğanın Hələbin şimalına hücumu; İran və Suriyanın reaksiyasını gözləyirik!

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Şənbə 4 İyun 2022 - 09:04
https://az.iswnews.com/?p=8172

Suriya müharibəsi səngidikdən və şimalda Rusiya, İran, ABŞ və Türkiyə arasında gözlənilməz atəşkəs dövrü sürdükdən sonra Ərdoğan Hələbin şimalındakı bəzi ərazilərin nəzarətə götürülməsi niyyəti ilə bu aonmuş odun külünü yenidən alovlandırdı.
Məhz mayın axırları idi ki, “Yeni Şafak” qəzeti Türkiyə ordusunun Təl-Rəəfət, Eyn əl-Ərəb, Eyn İsa və Mənbicdə yəni Suriyanın bütün şimal bölgələrində əməliyyatlar keçirmək niyyətini açıqlamışdı. Lakin Rusiyanın Suriyanın şimal-şərqindəki fəaliyyətləri Türkiyənin hərbi əməliyyatının rəsmi hədəfini Mənbic və Təl Rəəfət şəhərlərinə qısaltdı və Suriyanın şimal-şərqindəki əməliyyatları ləğv etdi.
Həmişə olduğu kimi, Türkiyə Suriyada hər hansı bir hərəkətə başlamazdan əvvəl məsələnin tərəflərini Rusiya və ABŞ-ın mövqeləri ilə ölçüb-biçir, sonra işə başlayır. Əslində ABŞ-ın pərdəarxası razı olması və Rusiyanın Hələbin şimalındakı vəziyyətə biganə qalması bütün Türkiyənin diqqətini İran və Suriya hökumətinin reaksiyasına yönəldib. Bunun səbəbi də aydındır! Bir tərəfdən ruslar və amerikalılar Ukrayna müharibəsinə dəhşət başları qarışıb, digər tərəfdən Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyündə həmkar ola bilməsi, Qara dənizdə gəmilərə aid vəziyyətə təsir göstərə bilməsi və buğda ixracı ilə bağlı əməkdaşlığı onlara çox kömək edə bilər.

Suriyanın şimalı və SDQ qüvvələrinin nəzarətində olan və Türkiyə ordusunun işğal etdiyi ərazilərin xəritəsi – Tam ölçüdə baxmaq üçün klikləyin

Bölgədəki son hadisələrə və Hələbin şimalındakı hərbi xəritənin vəziyyətinə nəzər saldıqda bir neçə mühüm məsələ maraq doğurur. Bunlar aşağıdakılardır:

1- Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarının hədəfi:
Türkiyənin Hələbin şimalındakı əməliyyatda (Ərdoğanın sözlərinə görə) məqsədi Suriyanın şimalında yerləşən kürd silahlılarının artmasının qarşısını almaq və 30 kilometrlik təhlükəsiz zona yaratmaqdır. Amma Ərdoğanın əməliyyatda əsas məqsədləri Türkiyədə 2023-cü ilin iyununda keçiriləcək prezident və parlament seçkilərində qalib gəlmək üçün xal toplamaq və Türkiyədəki suriyalı qaçqınların sayının azalması ilə birgə Suriyanın şimalına köçmələri riskini azaltmaqdır.

2- Türkiyəyə kim qarşı çıxacaq?
Təkcə Suriya ordusunun hərbi gücü Türkiyənin hərəkətlərinə qarşı durmağa kifayət etmir və onların Rusiya ordusuna ehtiyacı var. Suriyanın əsas himayədarının, yəni Rusiyanın nöqteyi-nəzəri belədir ki, onun maraqları ilə ziddiyyət təşkil etmədikcə, müharibələr və hadisələrin gedişatı döyüşünə girməyəcək. Digər tərəfdən, Suriyanın şimalında yaşayan kürdlər indiyədək Suriya hökumətinin və onun müttəfiqlərinin mövqe və hərəkətlərini o qədər də dəstəkləmirlər. Ona görə də rusların nəzərində kürd qruplarına görə Türkiyə ilə qarşıdurma yaşamağa dəyməz.
Hələbin şimalındakı kürdlərin ABŞ-la münasibətləri Trampın 2019-cu il münaqişələri zamanı onlara xəyanət etməsindən sonra soyudu, həmçinin ABŞ-ın Hələbin şimalında Mənbic və Təl Rəəfətdə mövqeləri yoxdur ki, onları Türkiyədən qorusun.
Bu arada gözlər İranda və müqavimət qruplarındadır. İndiyədək İran və müqavimət qruplarının liderləri tərəfindən Türkiyənin Hələbin şimalında mümkün əməliyyatı ilə bağlı dəqiq mövqe ortaya qoyulmayıb, lakin onların bu məsələyə reaksiyası təqribi bəllidir.
Kürd silahlıları İrana və Suriya hökumətinə meyl edərsə, İran və Suriya hökumətinin dəstəyi Türkiyənin gündəmini mütləq dəyişəcək. İranlıların dəstəyi, şübhəsiz ki, rusları bölgəyə cəlb edəcək və Türkiyə planını dəyişməli olacaq. Bunun necə dəyişəcəyi bəlli deyil, amma Türkiyə şübhəsiz ki, İranla birbaşa hərbi qarşıdurmadan qaçacaq. Amma kürdlər İran və Suriya hökuməti ilə münasibətlərinə şübhə ilə yanaşsalar, şübhəsiz ki, Ərdoğanın əli altında olacaqlar, Təl Rəəfət və Mənbic və harada yerləşsələr də, Afrin, Təl Abyad və digər məntəqələrin taleyi ilə üzləşəcəklər. Qeyd edək ki, Suriyanın şimalından “İslam Dünyası Xəbərləri”nin cəbhə mənbələrinə görə, müqavimət qüvvələri Deyr Camal ətrafında fəal şəkildə iştirak edir və dünən Rusiya ordusu Əzazın cənubundakı Mənəğ hava limanına çoxlu sayda qüvvə yerləşdirib. Bu addımlar Hələb vilayətinin şimal-qərbində Rusiya, İran və kürdlər arasında əməkdaşlıq haqqında fərziyyələri gücləndirir.

3- Mümkün Türkiyə əməliyyatlarının cəbhələri:
Ərdoğanın Təl Rəəfət və Mənbicə hücumla bağlı açıqlamalarına baxmayaraq, onların Suriyanın şimalındakı hərbi əməliyyatlarının təfərrüatları hələ tam dəqiqləşməyib və Eyn əl-Ərəb və Eyn İsa Türkiyə üçün mümkün hədəflərdir. Türkiyə Milli Təhlükəsizlik Şurası əməliyyatın ölçülərini nəzərdən keçirmək üçün cümə axşamı (2 iyun) iclas keçirib və qərarının nəticəsini açıqlamasını planlaşdırıb.
Ümumiyyətlə, Suriya və İran qüvvələri döyüş meydanına daxil olmasa, Türkiyə ordusu Hələbin şimalında kürd mövqelərini ələ keçirməkdə çox çətinlik çəkməyəcək. Onlar Əzazın cənubundan və Maranın qərbindən Təl Rəəfətə hücum edə və Hələbə gedən yolu kəsərək qəsəbəni mühasirəyə ala bilərlər. Bundan sonra Türkiyə və terrorçuların Nubbul və Əz-Zəhra qəsəbələrinə qarşı təhlükə yaradan Mənəğ hava limanının və iyirmiyə yaxın kəndin ələ keçirilməsi istiqamətində işləri davam etdiriləcək.
Mənbic cəbhəsində hücumlar Mənbicin şimalındakı əl-Dadat bölgəsi və Mənbicin qərbindəki əl-Ərimah ətrafı ilə başlaya və Fərat çayına qədər davam edə bilər. Türkiyənin bu cəbhədə irəliləməsi Hələbin şimal cəbhəsindəki mövqelərini gücləndirəcək və Eyn əl-Ərəbə doğru əməliyyatları daha da rahat edəcək.

Bu məsələləri nəzərə alsaq, görünən odur ki, Türkiyə bu əməliyyatı həyata keçirməkdə qətiyyətlidir və İran və Suriya hökumətindən lazımi cavab görməsək, Suriyanın şimalında gələcək proseslərdə müqavimət cəbhəsi ciddi ziyan dəyəcək. İranın Hələbin şimalında Türkiyənin əməliyyatı ilə qarşıdurması Ərdoğanın yeni Osmanlıçılıq illüziyalarını məğlub etməklə yanaşı, Türkiyə hakimiyyətinin müqavimət cəbhəsinə və region ölkələrinə qarşı dağıdıcı və məqsədyönlü hərəkətlərinə cavab olacaq.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir