Hərbi məlumat: İran döyüş gəmilərinin gələcək silah və sursatı

Bazar ertəsi 18 İyul 2022 - 15:04
https://az.iswnews.com/?p=10400

İran müdafiə nazirinin Xorasan əyalətindəki raket zavoduna səfəri zamanı Moc 4 (Təftan) layihəsinin bannerinə baxılıb. Bu layihənin təsviri ölkənin şimalında tikilən “Dəmavənd 3” gəmisinə bənzəyir və belə görünürki, Moc layihəsinin eyni dəyişdirilmiş platformasından bu gəmidə də istifadə olunub. Yeni bannerdə şaquli işə salma silosları (VLS) komanda panelinin qarşısında quraşdırılıb. Hazırda Moc sinfində olan Mehrab raketdən müdafiə sistemlərinin yerləşdiyi yerdə. Təqdim olunan görüntüyə əsasən, bu siloslarda iki növ müdafiə raketindən istifadə edilib.

Moc 4 Layihəsi (Təftan)

Təqdim olunan bannerdə qartal gözü dördbucaqlı fazalı sıra radarıda gözə çarpır. Qartal gözü radarı 200 km uçuş məsafəsinə və 30 km nişan hündürlüyünə malikdir və S diapazonunda işləyir. Şaquli atış siloslarında istifadə edilən müdafiə raketlərinin açıqlanmaması və qartal sisteminin xüsusiyyətlərini nəzərə alaraq, üçüncü Xordad ailəsindən Səyyad və Tair kimi müdafiə raketləri, Zubin və Nohom-Dey kimi qısa mənzilli sistemlər müdafiə baxımından bu gəmidə istifadə üçün uyğun variantlardır. Təxminən 40 km mənzilli iki Mehrab raketindən asılı olan Moc sinfi gəmilərinin zəif müdafiəsini nəzərə alsaq, yeni layihədə, qartal gözü sisteminin yanındakı şaquli atış siloslarından komanda meydançasının qarşısında iki dördlü blokun yaradılmasını fərz etsək, Moc sinfində mövcud olan müdafiə zəifliyinin tamamilə aradan qaldırılacağını gözləmək olar.

Zubin sistemində istifadə edilən raketlərə əlavə olaraq 75 km mənzilli Səyyad 2 və 120 km mənzilli Səyyad 3 raketləri, 50 km mənzilli Tair 1 raketləri və 105 km mənzilli Tair 2 raketləri yaxud 20 km mənzilli “Nəvvab” və 30 km-dən çox mənzilli 9-cu Dey raketi bu layihənin müdafiə sektorunda istifadə edilmək üçün yüksək uçuş hündürlüyündə və qısa və orta mənzilli radiusda olan hədəflərlə mübarizədə çox yaxşı seçimlərdir. Həmçinin, bu raketlər və sistemlər Moc sinifli 1500 ton çəki dərəcəsində olan gəmilər üçün münasib və istifadəyə yararlıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir