Taliban Özbəkistan və Tacikistana raket hücumu həyata keçirənləri həbs edib + ŞƏKİL və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kunduz əyalətindəki Taliban kəşfiyyatçıları Özbəkistan və Tacikistana raket hücumlarını həyata keçirən şəxsləri müəyyənləşdirib həbs etməyə nail olublar.
İyulun 15-də Özbəkistan və Tacikistana son raket hücumları iştirakçılarının gizləndiyi yer aşkar edildikdən sonra Taliban kəşfiyyatçıları İmam Sahib şəhərinin Kəncəğ kəndində bu qrupun 3 üzvünü öldürüb və 5 nəfəri həbs edib.
Taliban mediasının məlumatına görə, bu şəxslər Əhməd Məsud qüvvələri və İŞİD terror qruplaşması ilə əlaqədə olduqlarını və əməkdaşlıq etdiklərini etiraf ediblər. Bununla bağlı “Taliban” bu şəxslərdən birinin, Əhməd Məsud və İŞİD qüvvələrinin Pəncşir və Əndərabdan sursat əldə etməsi, həmçinin 7 minaatan aşkarlanması ilə bağlı etiraf videosu yayımlayıb.
Daha çox oxuyun:
İŞİD Tacikistanla sərhəd bölgələrə raket zərbələri endirib
Əfqanıstandan Özbəkistana ikinci raket hücumu + VİDEO və ŞƏKİL
Özbəkistan və Tacikistana raket hücumu törədənlərdən birinin etirafları
Özbəkistan və Tacikistana raket hücumu törədənlərin gizləndiyi yer və cəsədlərin şəkilləri
Rəy