Fələstində baş verən son hadisələr, 17 İyul 2022

Bazar ertəsi 18 İyul 2022 - 03:38
https://az.iswnews.com/?p=10389

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Qərbi Asiyadakı terror qərargahının (CENTCOM) komandiri general Maykl Kurilla İsrail rejiminin müharibə naziri ilə görüşmək üçün işğal olunmuş Fələstinə gedib.

– İyulun 17-də Ramallah sakini 17 yaşlı fələstinli yeniyetmə Kafar Saba dayanacağının yaxınlığında (Tel-Əvivin şimalında) Rəanana yolunun kəsişməsində avtomobili ilə bir İsrail polisini vurub. Bu hadisədə bir İsrail polisi öldürülüb və sürücü sonda İsrail əsgərləri tərəfindən təqibdən sonra həbs edilib.

– İyulun 16-da İsrailin Müharibə Naziri Benni Qantz təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra Qəzza zolağının 1500 sakini üçün keçən həftə verilmiş iş və biznes icazələrinin ləğv edilməsi barədə göstəriş verib.

– Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İsrail ordusunun Tubas şəhərinə hücumu zamanı iki fələstinli yaralanıb.

– Livan Hizbullahı Səudiyyə Ərəbistanının hava məkanının sionist rejimin təyyarələri üçün açılmasını İslam ümmətinə xəyanət adlandırıb.

– İyulun 17-də Fələstin müqaviməti hərbi gücünü gücləndirmək üçün raket sınaqlarını davam etdirmək məqsədilə dənizə doğru bir neçə raket atıb.

– Amerika terrorçularının Qərbi Asiyadakı qərargahının (CENTCOM) komandiri general Maykl Kurilla işğal altındakı Fələstinə səfər edib. Bu səfər zamanı o, sionist rejimin müharibə naziri Benni Qantz və bir sıra yüksək səviyyəli İsrail komandir və zabitləri ilə görüşəcək. Bu, Centcom komandirinin vəzifəyə başladıqdan sonra Tel-Əvivə ikinci səfəridir.

– Sionist Ordunun Baş Qərargah rəisi Aviv Koxavi Centcom terrorçular qərargahının komandiri ilə görüşdən sonra Mərakeşə səfər edəcək.

– İyulun 16-da Fələstin müqavimət qrupları işğal olunmuş ərazilərin cənubunda sionistlərin məskunlaşdığı Aşkelon şəhərini raket hücumu ilə hədəfə alıblar. Bu hücuma cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Əl-Bidər bölgəsində və ən-Nusirat düşərgəsinin qərbindəki iki Fələstin müqavimət bazasını 13 raketlə hədəfə alıb.

Daha çox oxuyun: Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumu + VİDEO və FOTO

– İyulun 15-də Səudiyyə Ərəbistanının Aviasiya Şirkəti ölkənin hava məkanının bütün aviaşirkətlər, o cümlədən İsrail təyyarələri üçündə açıldığını elan edib. Digər tərəfdən, sionist rejimi iyulun 16-ı səhər saatlarından etibarən Ciddə şəhərini də Ben Qurion beynəlxalq hava limanının xarici uçuşlar siyahısına əlavə edib.

Daha çox oxuyun: Ərəbistan hava məkanının İsrail təyyarələrinə salamı!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir