Suriyada baş verən son hadisələr, 16 İyul 2022

Bazar, 17 İyul 2022 - 07:41
https://az.iswnews.com/?p=10354

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatı ilə bağlı mövcud gərginliyin fonunda Türkiyə dəstəkli silahlı qüvvələrin Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan ərazilərə artilleriya hücumları davam edir və SDF qüvvələrinin hərəkətliliyidə artıb.

1- Hələb:

– İyulun 14-də Hələbin qərbində yerləşən Darə İzzə bölgəsindəki silahlıların mövqeləri Suriya ordusunun artilleriya hücumuna məruz qalıb.

– İyulun 14-də Türkiyə dəstəkli silahlılar Şəhba ərazisini artilleriya hücumları ilə hədəfə alıb.

– İyulun 14-də Kürd silahlı birləşmələri Eyn Dəqnə, Mərənaz və Şeyx İsa məntəqəsinin ətrafına minalar yerləşdirib.

– İyulun 14-də Əfrin-Racu yolunda naməlum silahlı şəxslər tərəfindən Saqur əl-Şimal yaraqlılarının lideri Həsən əl-Cümə (əl-Fərduni) öldürülüb.

– İyulun 14-də Suriya ordusunun 25-ci diviziyasının iki əsgəri Hələbin qərbində silahlı şəxslər tərəfindən şəhid edilib.

– İyulun 13-də Türkiyə dəstəkli yaraqlılar artilleriya hücumları ilə Əfrinin kənarındakı Mərimin və Mərənaz kəndlərini hədəfə alıb.

– İyulun 13-də Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor və Rakkadan Mənbic şəhərinə bir neçə hərbi konvoy göndərib.

– İyulun 13-də Türkiyə ordusuna məxsus bir dronun Təl-Rəfat bölgəsi üzərində uçduğu görülüb.

2- İdlib:

– İyulun 16-də İdlibin cənubunda “əl-Bəra” qəsəbəsinin ətrafında yerləşən silahlıların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.

– İyulun 15-də Suriya ordusunun “Cubas” kəndindəki mövqeləri silahlıların artilleriya hücumları ilə hədəfə alınıb.

– İyulun 15-də “Sərmin” qəsəbəsinin kənarındakı silahlıların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.

– İyulun 13-də Rusiya qırıcıları İdlibdə Türkiyə dəstəkli silahlılara məxsus yeraltı sığınacağa hücum edib. Bu hücum zamanı bir neçə silahlı şəxs öldürülüb və yaralanıb.

3-Dəra:

İyulun 13-də Suriya təhlükəsizlik qüvvələrindən biri əl-Məhcə qəsəbəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:

– İyulun 15-də Deyr əz-Zorun şərqindəki əl-Qəbra kəndində minanın partlaması nəticəsində 4 nəfər yaralanıb.

– İyulun 13-də İŞİD ünsürlərindən biri Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən Deyr-əz-Zor əyalətində həbs edilib.

5- Rakka:

İyulun 14-də Türkiyə dəstəkli yaraqlılar M4 magistralını və Eyn-İsanın ətrafını artilleriya hücumları ilə hədəfə alıblar.

6- Həskə:

İyulun 14-də Türkiyə dəstəkli yaraqlılar Təl Təmərin ətrafını artilleriya hücumu ilə hədəfə alıblar.

7- Həma:

İyulun 16-da Rusiya ordusunun kəşfiyyat dronları Həma əyalətinin qərbində yerləşən Səhl əl-Qab ərazisi üzərində uçuşlar həyata keçirib.

8- İyulun 15-də Türkiyə Müdafiə Nazirliyi “Sülh çeşməsi” əməliyyatı bölgəsində 9 kürd silahlısının həlak olduğunu açıqlayıb.

Daha keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.