Azərbaycanda din əleyhinə məhdudiyyətlər və Türkiyə faktoru

Çərşənbə 9 Fevral 2022 - 13:29
https://az.iswnews.com/?p=1035

Şiələrin başı bu gün Azərbaycanda yəhudi pambığı ilə kəsilir. Amma sabah bu başların qılınc altına getməyəcəyinə heç kim zəmanət verə bilməz.

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi, məscidlərə din xadimlərini təyin etmək və nəzirlərin toplanmasına nəzarət səlahiyyətini Qafqaz Müsəlmanları İdarəsindən alaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin öhdəsinə qoyub. Təbii ki, bu yalnız məsələnin görünən tərəfidir və hər dəfə Milli Məclisin iclasında dini etiqad azadlığı mövzusunda məsələ ortaya qoyularkən pərdə arxasında din əleyhinə planlar özünü açıq şəkildə biruzə verir.

Bəs bu qanun dəyişikliyi məqsədləri nədir?

Bununla bağlı DQDK sədr müavini Gündüz İsmayılov müsahibə verərkən Azərbaycan Respublikasının dini məkanlarda hakimiyyətin nəzarətinin vacibliyini vurğulayıb: cəmiyyətimiz əvvəlki illərlə müqayisədə indi dini məsələlərə daha həssas yanaşır, dini radikalizmin, məzhəbçiliyin, dinin siyasiləşməsinin, dini dözümsüzlüyün nə dərəcədə təhlükəli olduğunu dərk edir. Eyni zamanda, dini maarifçilik işi ilbəil gücləndirilir və cəmiyyətin bütün təbəqələrini əhatə edir.

Dünyəvi hökumətin din əleyhinə siyasəti

Gündüz İsmayılov dövlətin dini məsələlərə nəzarətinin artırdığını bildirərkən əlavə edib ki, bu işə DQDK-in əməkdaşları, QMİ-in nümayəndələri, din xadimləri və digər ekspertlər cəlb olunub.
O, Azərbaycanda dini icmaların yaradılmasına toxunaraq deyib: siyasətlərin müəyyən edilməsi ilə eyni zamanda, din sahəsində mütəxəssislərin hazırlanması istiqamətində də bir çox planlar həyata keçirilir. Azərbaycan İlahiyyat institutuna qəbul olunanların ilk qrupu bu il məzun olacaq. İnanıram ki, bu məzunların çoxusu din xadimi təyin olunacaq.

Qeyd edək ki, İlahiyyat institutu 2018-ci ildə Türkiyə hökumətinin dəstəyi ilə yaradılıb. İnstitut Türkiyə hökuməti və bu ölkənin fikir mərkəzlərinin maliyyə yardımından faydalanır və Azərbaycanda dini təhsil almaq üçün abituriyentlər cəlb edir.
Bundan əvvəl QMİ-in qurduğu universitet və mədrəsələr isə özünü doğrultmamış və effektsiz olmuşdur.

Din və hökumət arasındakı münasibətlərin mahiyyətinin dəyişdirilməsi

Gündüz İsmayılov Azərbaycanda Dini etiqad azadlığı haqqında qanuna təklif edilən dəyişikliyin təfərrüatları ilə bağlı əlavə edib: Təbii ki, təklif edilən dəyişikliklər qəbul ediləcəyi təqdirdə dini sahədə yeniliklər olacaq. Birincisi, müsəlman din xadimlərinin təyinatı dövlət qurumu tərəfindən həyata keçiriləcək. İkincisi, dini icmalar dövlət qeydiyyatından keçmək üçün təsis sənədlərini dini mərkəz və idarələr vasitəsilə deyil, birbaşa dövlət orqanına təqdim edəcəklər. Üçüncüsü, vətəndaşlar həm nağd, həm də elektron, plastik kartlar, internet vasitəsilə ianə (sədəqə) verə biləcəklər. Bütün bunlar təbii ki, dövlət-din münasibətləri sahəsində islahat mahiyyətində dəyişikliklər deməkdir. Qeyd edim ki, bu dəyişikliklər müasir dövrün çağırışları ilə uzlaşır.

Azərbaycan şiələrəqarşı yaradılan süni problemlərin əsl səbəbi

Xatırlayaq ki, bundan öncə də xaricdə dini təhsil alanların ölkə daxilində dini fəaliyyəti qadağan edilmişdi. Təbii ki, burada da hədəf şiə əqidəsinə mənsub olan çoxluqdur. Belə ki, xaricdə təhsil alan sünni və vahhabilər çox rahat şəkildə təbliğ edə bilir və bununla bağlı heç bir problem yaşamayıblar.
Dini Etiqad azadlığı haqqında qanuna edilən bu iki dəyişiklik Türkiyə hökumətinin əli ilə Azərbaycanda icra olunan sünniləşdirmə layihəsində bir-birini tamamlayır. Bundan sonra Türkiyə tərəfindən yetişdirilmiş din xadimləri dini işlər üçün məscidlərə və mərasimlərə üz tutacaq, digər din xadimləri isə bu prossesdən kənarda qalmamaq üçün hökumətin təyin etdiyi prosedura riayət etmək məcburiyyətində qalacaqlar.

Təsir effekti və bu planla mübarizə

İqtisadi problemlər üzündən xaricdə yaşayan Azərbaycanlılara bu qanun birbaşa təsir göstərməsə də, xalqın Azərbaycandakı proselərdən təsirlənməsi danılmaz faktdır. Xalqın daxili mediadan təsirlənməsi din məsələlərindən də yan keçmir.

Türkiyənin nəzarətində olan Azərbaycanın sünniləşdirmə planının qarşısını alacaq amillərdən bu sahədə təsirli olacaq fəal şiələri və xüsuailə İranın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlıları nəzərdən qaçırtmaq olmaz. Bu sahədə onların boynuna məsuliyyətli ilahi təbliğ vəzifəsi düşür.

Bu gün şiələrin başı Azərbaycanda yəhudi pambığı ilə kəsilir. Amma sabah bu başların açıq-aşkar qılınc altına getməyəcəyinə heç kim zəmanət verə bilməz.

Daha çox oxuyun:

Azərbaycan müsəlmanları dini məhdudiyyətlərinin ifşası

Azərbaycanda din xadimlərini artıq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi təyin edəcək

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir