Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumu + VİDEO və FOTO

Şənbə 16 İyul 2022 - 22:55
https://az.iswnews.com/?p=10335

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət qrupları bu gün səhər saatlarında işğal olunmuş ərazilərin cənubunda sionistlərin məskunlaşdığı Aşkelon şəhərini raket hücumu ilə hədəfə alıblar.

Fələstin müqavimətinin bu raket hücumu nəticəsində işğal altında olan Aşkelon şəhərində həyəcan təbili çalınıb. İbrani mediası Aşkelon şəhərində sığınacaqlara qaçan 3 şəhər sakininin yaralandığını açıqlayıb.

Sionist rejimin sözçüsü həyəcan təbili çaldıqdan bir neçə dəqiqə sonra Qəzza zolağından Aşkelon şəhərinə doğru iki raket atıldığını elan edib. Bu kimi raket hücumu ilə mübarizə aparmaq üçün Dəmir Qübbə sistemi işə salınaraq raketlərdən birini vurmağı bacarıb, digər raket isə açıq sahəyə düşüb.

Fələstin müqavimətinin Aşkelon şəhərinə raket hücumundan sonra İsrail ordusu Qəzza zolağında Fələstinin iki müqavimət bazasını bombalamağa qərar verib. Bu hücumlar zamanı Qəzzənin cənub-qərbində yerləşən əl-Bidər bölgəsindəki Fələstin müqavimət bazalarından biri sionist rejim hava qüvvələrinin 10 raket hücümuna məruz qalıb. Həmçinin İsrail qırıcıları Qəzzanın mərkəzində yerləşən əl-Nəsirat düşərgəsinin qərbində yerləşən Şəhidlər bazasını 3 raketlə hədəfə alıb.

Ümüd edirik ki, bu hücumdan sonra vasitəçi tərəflər gərginliyi azaltmaq və münaqişələrin yeni mərhələsinin başlamasının qarşısını almaq üçün danışıqlara başlayacaqlar.

Daha çox oxuyun:

Fələstin müqaviməti ilə sionist rejim arasında qarşıdurma ilə bağlı son xəbərlər,18 İyun 2022

Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket zərbələri endirib

İsrailin Qəzza zolağına hava zərbələri + FOTO və VİDEO

Qəzzadan işğal altındakı Aşkelon şəhərinə raketin atıldığı an

Aşkelon şəhərində həyəcan təbilinin çalındığı an

İsrailin Qəzza zolağına hava hücumunun şəkilləri (1)

İsrailin Qəzza zolağına hava hücumunun şəkilləri (2)

Fələstin müqavimət bazalarından birinin sionist rejim qırıcıları tərəfindən hədəfə alındığı an(1)

Fələstin müqavimət bazalarından birinin sionist rejim qırıcıları tərəfindən hədəfə alındığı an(2)

Fələstin müqavimət bazalarından birinin sionist rejim qırıcıları tərəfindən hədəfə alındığı an(3)

Fələstin müqavimət bazalarından birinin sionist rejim qırıcıları tərəfindən hədəfə alındığı an(4)

Fələstin müqavimət bazalarından birinin sionist rejim qırıcıları tərəfindən hədəfə alındığı an(5)

Sionist rejim ordusu Qəzza zolağında Fələstin müqavimət bazasına hücumun videosunu yayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir