Ərəbistan hava məkanının İsrail təyyarələrinə salamı!

Şənbə 16 İyul 2022 - 17:45
https://az.iswnews.com/?p=10328

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika prezidenti Səudiyyə Ərəbistanının hava məkanının bütün İsrail təyyarələri və iki tərəf arasında qarşılıqlı uçuşlar üçün yenidən açıldığını bəyan edib.

İyulun 15-də Səudiyyə Ərəbistanı Aviasiya Təşkilatı ölkənin hava məkanının bütün aviaşirkətlər, o cümlədən İsrail təyyarələri üçün açıldığını elan edib.

Digər tərəfdən, sionist rejim iyulun 16-i səhər saatlarından etibarən Ciddə şəhərini Ben Qurion beynəlxalq hava limanının xarici uçuşlar siyahısına əlavə edib.

Qeyd edək ki, bu addım ABŞ prezidenti Cozef Baydenin işğal altındakı Fələstindən birbaşa uçuşla Səudiyyə Ərəbistanına səfərindən saatlar sonra baş verib. Bununla bağlı Amerika prezidenti Səudiyyə Ərəbistanı ilə İsrail arasında qarşılıqlı uçuşların başlayacağını bəyan edib. Səudiyyə rəsmiləri ilə məsləhətləşdikdən sonra biz bu ölkənin hava məkanını bütün İsrail aviaşirkətləri üçün açmağa nail olduq. Səudiyyə Ərəbistanının bu qərarı tarixi bir addımdır.

Səudiyyə Ərəbistanının Ciddə şəhəri Tel-Əviv Ben Qurion Beynəlxalq Hava Limanının xarici uçuşlar siyahısında(1)

Səudiyyə Ərəbistanının Ciddə şəhəri Tel-Əviv Ben Qurion Beynəlxalq Hava Limanının xarici uçuşlar siyahısında(2)

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir