Azərbaycan sərhədləri dahadamı əmniyyətli olacaq?

Cümə 15 İyul 2022 - 12:49
https://az.iswnews.com/?p=10274

Azərbaycan Respublikası sərhədlərini gərginliyə doğru aparır və bu məsələ Cənubi Qafqazın simasının təhlükəsizlik rəngi almasına səbəb olur.

Naxçıvanın İranla sərhədləri bağlanıb

Azərbaycanın bütün qonşu ölkələrlə (Ermənistan istisna olmaqla) quru sərnişin sərhədləri hələ də bağlıdır və sərt məhdudiyyətlərə səbəb kimi Korona epidemiyası göstərilir. Nadir hallar istisna olmaqla, qonşu ölkələrə quru yolu ilə getmək mümkün deyil. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərnişin sərhəd terminalı İyul ayının əvvəlindən İran vətəndaşlarının ölkəyə girişi və bu ölkə vətəndaşlarının İrana gedişi üçün bağlanıb. Yeganə hava yolu vasitəsilə İrandan Naxçıvana giriş marşrutu idi ki, onun biletinin qiymətidə misli görünməmiş həddə, 1250 manata satılırdı. İndi bu hava yoluda bağlanıb. Bu məbləğ Tehrandan Moskvaya 350 manatlıq biletlə müqayisədə, qayıtmağa hazırlaşan Naxçıvanlı sərnışınləri təəccübləndirib. İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi də Təbriz radiosu ilə söhbətində Naxçıvan sərhədinin İran tərəfdən bağlı olmadığını təsdiqləyib və eyni zamanda bununla bağlı aydın mövqe tutmayıb.

Azərbaycanda hərbi çağırış

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi xidmət yaşında olan şəxsləri hərbi xidmətə çağırıb və səbəbinidə yeni silahların təlimi kimi qeyd edir. Bu qüvvələr hazırda yerüstü təlim keçir. Azərbaycan ordusunun Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) kriteriyaları ilə standartlaşdırılması bu çağırışın səbəblərindən biri ola bilər. Əgər bu xəbər doğrudursa, Azərbaycan tezliklə NATO-ya üzvlük protokollarını alacaq və bu halda Türkiyə və İngiltərənin dəstəyinidə qazanmış olacaq.

Həmçinin, Azərbaycan ordusunun Dağlıq Qarabağda Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin hərbi əməliyyatlar üçün mövcudluğunun əhəmiyyətli dərəcədə azaldılması fürsətindən istifadə edərək Artsax Ermənistan hökumətini (Naqorno Karabax) darmadağın etmək və ya bu məntəqədə daha çox əraziləri tutmaq istəyinin olması heçdə çətin deyil. Həmçinin, bu ölkənin Müdafiə Nazirliyi hələ də Ermənistan sərhədlərində gərginliyin olduğunu və daxili mövqelərin atəşə tutulduğunu iddia edir.

Ermənistanın şimalında yeni rus bazası

Rusiya Federasiyası hökuməti Azərbaycanın Avropa İttifaqı ölkələri ilə neft və qaz müqavilələrinin uzadılmasına dair danışıqlara cavab olaraq Ermənistanın şimalında və Xəzər dənizinin Avropaya neft və qaz nəqli xətlərinin yaxınlığında hərbi baza tikir. Bu baza Ermənistanın Tavuş rayonunun Azərbaycanın Tovuz rayonu ilə sərhədindən dörd kilometr aralıda tikiləcək və Azərbaycan ərazisindəki boru kəmərlərindən təxminən qırx kilometr aralıda yerləşəcək. Rusiya bu bazadan istifadə edərsə, bu kəmərlər Rusiya artilleriyasının əhatə dairəsində olacaq. Rusların bu ərazidə tikinti aparması Avropaya Rusiyaya daha çox təzyiq ediləcəyi təqdirdə onların xammal və enerji mənbələrinin təhlükə altına düşəcəyini bilməsi üçün açıq bir mesaj kimi qiymətləndirilə bilər.

İran mətbuatı Araz çayının üç bəndindən iki ölkənin elektrik enerjisi istehsalını artırmaq üçün İran və Azərbaycan nümayəndə heyətlərinin görüşü ilə bağlı bəzi xəbərlər dərc edib. Bu müqavilələrin təfərrüatları hələlik məlum deyil. Və bu görüşlər son hadisələrlə bağlı olmaya bilməz.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir